CƏMİYYƏT
ÜST rəhbəri Çində COVID-19-a yoluxma hallarının artmasından narahatdır
Bakı, 22 dekabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahatdır.
AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.
2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirilir: virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlar üçün məcburi karantin tətbiq edilir. Lakin bu il dekabrın əvvəlində Çin hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün bir sıra məhdudiyyətləri ləğv edib.