Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 328 nəfər uğur qazanıb
Bakı, 5 yanvar, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in yanvarın 5-i saat 10:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 328 nəfər uğur qazanıb. Onlardan 172-si Təhsil Nazirliyində, 29-u Dövlət Statistika Komitəsində, 24-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 18-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]