Vaqif Sadıqov: “Sabah”ın Çempionlar Liqasında mərhələ adlayacağına inanıram
Bakı, 6 iyul, AZƏRTAC
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis AZƏRTAC-a açıqlamasında son ölkə çempionunun qarşısında mühüm vəzifə dayandığını və komandanın turnirə yüksək hədəflərlə başlayacağını bildirib.
O, Bakı klubundan gözləntilərin çox böyük olduğunu vurğulayıb: “İlk növbədə qeyd etməliyik ki, "Sabah" layiqli çempionluq qazandı və UEFA Çempionlar Liqasında debüt edəcək. Komandaya uğurlar arzulayıram. İnanıram ki, ilk oyundan etibarən öz iddiasını və hədəflərini ortaya qoyacaq. Hesab edirəm ki, görülən hazırlıq işləri və həyata keçirilən transferlər komandanın daha da gücləndiyini göstərir. Bu, "Sabah"ın həm azarkeşlərini, həm də ümumilikdə Azərbaycan futbol ictimaiyyətini sevindirmək niyyətində olduğunu göstərir. Komandanın doğma azarkeşlər önündə ən yaxşı oyunlarından birini keçirəcəyinə və cütün qalibi kimi növbəti mərhələyə yüksələcəyinə inanıram”.
Vaqif Sadıqovun sözlərinə görə, "Sabah"ın "Qarabağ" kimi güclü rəqibi geridə qoyaraq çempionluğu qazanması bu, komandanın böyük potensiala malik olduğunu göstərir: “Buna görə də onlardan gələcəkdə daha böyük uğurlar gözləməyə əsas var".
Qeyd edək ki, "Sabah" TNS-lə ilk oyunu iyulun 7-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]