Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Qələbə yaradıcılıq ilhamıma yeni qanad verib - Florist-aktrisa ilə söhbət

Bakı, 13 dekabr, Abdulla Suvar, AZƏRTAC

Bəlkə də ömrünü güllərə bağladığına görə özü də gül kimi füsunkar və təravətli qalıb. O, bu illər ərzində daha çox güllərlə “danışıb”, “dərdləşib”. O, gülləri vaxtsız-vədəsiz solmağa qoymadığı kimi güllər də öz təravət və gözəlliyindən ona pay verib. Bunu xoşbəxtlik, bəlkə də bir tale qisməti hesab etmək olar.

Hamı onu aktrisa və floraçı-rəssam kimi tanıyır. Əslində isə ixtisasca mühəndisdir. O, Neft-Kimya İnstitutunun (indiki ADNSU) Kimya texnologiyası fakültəsini bitirib. Bir il Elmi-Tədqiqat İnstitutunda işləyib. Sonralar isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışıb.

Doğulduğu ailədə 7 bacı və bir qardaş olublar. Dediyinə görə, hamısı ali təhsillidir. Bəzilərinin hətta elmi dərəcəsi də var. Suğra isə ailənin incəsənətlə məşğul olan yeganə üzvüdür.

AZƏRTAC-ın əməkdaşı “Ulduz”, “Yollar və küçələr”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Yuxu”, “Güllələnmə təxirə salınır” və s. filmlərdə yaratdığı müxtəlif xarakterli rolların ifaçısı, Əməkdar artist Suğra Bağırzadə ilə kinostudiyadakı iş otağında görüşüb. “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısının iş otağı daha çox bir gülüstanı xatırladır...

Suğra xanım hazırda çalışdığı və sevdiyi sənətlərin heç birisi ilə əlaqədar təhsil almayıb. Onda floristikaya maraq uşaq vaxtlarından yaranıb. Həmsöhbətim deyir: “Floristika sənətinin sahibi çiçəklərin növ və çeşidlərini tanımaqdan başqa onların təbiətini mükəmməl öyrənməli, rənglərin bütün qanunauyğunluqlarını tanımalı, "çiçəklərin dili"nə dərindən yiyələnməlidir”.

Anası Məleykə xanımın güllərə olan sonsuz sevgisi Suğrada çiçəklərə qarşı dərin məhəbbət oyadıb. Həmin günləri belə xatırlayır: “Anamın çoxlu dibçək gülləri vardı və o güllər solanda qanı qaralardı. Uşaq olsam da, ona güllərin solmaması üçün bir şey fikirləşəcəyimi deyirdim. Düzü bunu necə etməyin yolunu bilmirdim. Lakin Neft-Kimya İnstitutunda təhsil alanda məhlulları, dinamikanı, ağırlığı və hərəkəti öyrənirdik. Yavaş-yavaş gülləri saxlamaq üsuluna da yiyələnirdim”.

Suğranın bu sahədə ilk əl işi hazır olanda valideynləri həyatda yox idilər. O, anasına verdiyi sözü tutsa da, həyatda çox şeylər dəyişmişdi. Güllərin ömrün uzadaraq onları solmağa qoymasa da, ömrün kövrək və həzin günləri solub getmiş, valideynləri xatirəyə dönmüşdü...

Florist kimi ilk əl işini anasının məzarı üstünə qoyaraq deyib: “Ana sənin arzunu yerinə yetirdim”. Yağış damcıları onu xarab etsə də, anasının ruhuna həsr etdiyi gülləri qoyduğu yerdən götürməyib.

Kinodan fərqli olaraq, bu, onun fərdi işidir, çox böyük zəhmət tələb edir. Özü deyir ki, iriliyindən-xırdalığından asılı olmayaraq bir işin tamam-kamal hazırlanıb başa gəlməsi üçün azı iki il lazımdır: “Çəmənlikdə lalələr” əsərini hazırlamaq üçün əvvəlcə çəmənliyi, sonra lalələri düzmüşəm. Həmin iş nə az, nə çox, düz dörd ilə başa gəlib. Başqa cür mümkün də deyil. Çiçəklər incədir, onların xasiyyəti fərqlidir. Elə olur gecəni səhərədək, yaxud səhərdən axşama kimi bir əsər üzərində işləyirəm”.

Emalatxanası olmasa da, kinostudiyada ona otaq ayırıblar. Özünün yaradıcılıq məhsulu olan əsərlərini sərgilərdə nümayiş etdirir. Onu da qeyd edək ki, o, “Floristika” kitabının müəllifidir və sənətsevərlər onun əsərlərinə böyük maraq göstərirlər. Bu sahədə ona kütləvi informasiya vasitələri də yaxından dəstək olur.

Suğra Bağırzadə güllərin xarab olmamağı üçün xüsusi məhluldan istifadə etdiyini söyləyir: “Ləçəklərin qalınlığından asılı olaraq, məhlulların tərkibi dəyişir. Çünki ağır maye olanda çiçəklər şux və təravətli qalmır. Burada həm mühəndis hesablamaları, həm də rəssam fikri var. Hansı sənətin yolçusu olursansa ol, çalışqan və zəhmətkeşlik olmasa, heç nəyə nail olmaq mümkün deyil”.

Suğra xanım iki övlad anasıdır, həyat yoldaşı da mühəndisdir. Onların ailə həyatı qurmağının maraqlı tarixçəsi var. Florist-aktrisa “Ulduz” filminə çəkiləndə səkkizinci sinfi yeni bitiribmiş. Naxçıvanda bu ekran əsərini izləyən Çingiz Rzayev deyib ki, mən bu filmdəki qızı mütləq axtarıb tapacağam. Dediyi kimi də edir. Bakıya gəlib Politexnik İnstitutunda (indiki ATU) oxuyanda Suğra xanımı tapır və onların “ulduz”u barışır.

Bu il yetmiş beş illiyini üç fərdi sərgi ilə qeyd edən floraçı-rəssam hazırda yeni əsərlər üzərində işlədiyini deyib: “Xalqımızın qazandığı tarixi Qələbə yaradıcılıq ilhamıma yeni qanad verib. Qarabağa, Şuşanın işğaldan azad olunmasına bir neçə əsər həsr etmişəm. Hazırda “Xarıbülbül” əsəri üzərində işləyirəm. Həmin əsəri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə qədər tamamlamaq niyyətindəyəm”.

Ömrünün yeddi onilliyini arxada qoyan Suğra xanım təbii və şux qalmağının səbəbini “qocalmağa vaxtının olmamağı” ilə əlaqələndirir. İndiyədək estetik cərrahların bıçağından uzaq olan florist-aktrisa düzgün qidalanmağın və idman etməyin sağlamlıq, gözəllik və gənclik üçün ən vacib şərt olduğunu deyir. Hələ də gənclik təravətini itməyə qoymayan Suğra xanım səhərlər idman edir, piyada çoxlu gəzir. Kitab oxuyur, tamaşalara baxır. Maraqlıdır ki, dünyanın hansı ölkəsinə gedirsə, mütləq orada teatra baş çəkir. Ən başlıcası, özünün gül-çiçək dünyası var və həmin dünyanın sakini həmişə çiçəklərin özü kimi təravətli olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər