“Vətən oğlu: Rauf Pənahov” kitabı işıq üzü görüb
Bakı, 23 iyul, AZƏRTAC
Filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhmədin və hüquqşünas Fuad Pənahovun həmmüəllifləri olduqları “Vətən oğlu: Rauf Pənahov” kitabı “Ecoprint” nəşriyyat evində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabın məsləhətçisi Azərbaycan Respublikası Baş nazirinin müavini, professor Hacıbala Abutalıbov, “Ön söz”ünün müəllifi Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, redaktoru professor Yaqub Babayev, rəyçiləri filologiya üzrə elmlər doktorları Ataəmi Mirzəyev və Esmira Fuad, nəşriyyat redaktoru isə Dilbər Rzayevadır.
Kitabda ictimai-siyasi fəaliyyətini Azərbaycanın, o cümlədən Bakının inkişafında, şəhərimizin gözəlləşməsində, memarlıq baxımından tikilməsində xüsusi xidməti olan, uzun illər Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini işləmiş Rauf Pənahovun keçdiyi şərəfli ömür yolundan bəhs edilir. Nəşrdə parlaq şəxsiyyət, yüksək mədəni-əxlaq keyfiyyətləri ilə seçilən Rauf Pənahovun fəaliyyəti onun fərdi bilik və bacarıqları fonunda obyektiv işıqlandırılıb. Müəlliflər bu ləyaqətli insanın obrazını yaratmağa çalışmaqla yanaşı, onun şəxsiyyəti ilə bağlı gerçək mülahizələrə üstünlük verməyə çalışıblar.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrdə Mərdəkanın tarixi ilə yanaşı, bu bölgənın görkəmli şəxsiyyətləri barədə icmal xarakterli oçerklər də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [17:59]
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar
- 10.02.2026 [17:48]
GDU-da elektron kitabxana istifadəyə verilib
- 10.02.2026 [16:56]
Müasir risklər və uşaq hüquqlarının qorunması – ŞƏRH
- 10.02.2026 [16:47]
Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər
- 10.02.2026 [16:08]
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda
- 10.02.2026 [16:05]
“Regional İnkişaf” İctimai Birliyi sosial və təhsil layihələrini dəstəkləyir
- 10.02.2026 [15:19]