Vətəndən uzaqda: Estoniyada yaşayan azərbaycanlıların arzu və təklifləri dinlənilib
Stokholm, 10 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
Estoniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Tallin universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, məktəbin rəhbəri Sənəm Əli təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Burada keçirilən Azərbaycan dili dərsinə qatılan qonaqlar azərbaycanlı uşaqların uğurları ilə də tanış olublar.
Vaqif Seyidbəyov Vətəndən uzaqda Azərbaycan dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğının əhəmiyyətinə toxunub, məktəbin fəaliyyətinə uğurlar arzulayıb. Görüşdə soydaşlarımızın arzu və təklifləri dinlənilib, gələcək planlar müzakirə edilib.
Sonda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Azərbaycan dili dərs vəsaitləri məktəbə hədiyyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:06]
Paytaxtda piyada zonalarının yaradılması işləri davam etdirilir
- 10.02.2026 [12:47]
Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib
- 10.02.2026 [12:38]
Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb
- 10.02.2026 [12:35]
Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi
- 10.02.2026 [12:23]
Qidalanma Altsheymer xəstəliyinə necə təsir edir?
- 10.02.2026 [12:11]