Viktor Orban “Pan-Qərb Transatlantik Sülh Koalisiyası”nın yaradılması planını açıqlayıb
Budapeşt, 8 iyun, AZƏRTAC
Macarıstan hökumətinin başçısı Viktor Orban bu il Ukraynada müharibəni dayandırmaq üçün “Pan-Qərb Transatlantik Sülh Koalisiyası”nın yaradılması planlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu, Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəldiyi və Ukraynaya hərbi yardımın əleyhdarlarının Avropa Parlamentinə və Avropa İttifaqı (Aİ) ölkələrində yerli seçkilərdə uğur qazanacağı təqdirdə mümkün olacaq.
“Biz Amerikada prezident seçkilərinin keçiriləcəyi noyabr ayına qədər gözləməliyik. Əgər o vaxta qədər Rusiya-Ukrayna cəbhəsindəki arxa xətdə müharibə başlamasa, Donald Tramp qalib gəlsə və Avropa seçkiləri yaxşı nəticələnsə, biz Pan-Qərb Transatlantik Sülh Koalisiyası yarada və müharibəni dayandıra bilərik. Bu gün bu, sülh tərəfdarları üçün real ssenari kimi görünür”, - deyə Baş nazir bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]