Viktoriya Bekhem Britaniyanın turizm ölkəsi kimi təbliği ilə məşğul olacaqdır
Bakı, 18 fevral (AZƏRTAC). eTurboNews.com portalının verdiyi məlumata görə məşhur futbolçu Devid Bekhemin xanımı, Britaniyadakı “Spice Girls” pop qrupunun keçmiş üzvü Viktoriya İngiltərə turizminin xarici ölkələrdə təbliğinə yönəlmiş Great kampaniyasında iştirak edəcəkdir.
Viktoriya bu kampaniyanı dəstəkləyən videoçarxda çəkilmişdir. Kampaniyanın tərkib hissələrindən biri də Britaniya modasının təbliği ilə bağlıdır. Bu sahədə fəal işləyən Viktoriya özünün məxsusi geyim, eynək, çanta və kosmetika kolleksiyalarını yaradır.
Portal ölkənin baş naziri Devid Kemeronun aşağıdakı sözlərini sitat gətirir: “Britaniya modası dünya sənayesinin olduqca mühüm hissəsidir, bizim dizaynerlər isə öz istedadları, işə yaradıcı yanaşmaları və bacarıqları sayəsində dünyanın istənilən yerində rəqabət apara bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]