Voleybol üzrə Azərbaycan çempionatının oyunu avrokubok matçına görə təxirə salınıb
Bakı, 23 noyabr, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada bu gün keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçin” oyunu təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, buna meydan sahibi komandanın AVF-yə müraciəti səbəb olub.
Klub Çağırış Kubokunun 1/16 final mərhələsində Yunanıstanda “Panatinaikos”a qarşı keçiriləcək cavab matçına daha səmərəli hazırlaşa bilmək üçün noyabrın 23-də oynanılması planlaşdırılan çempionat oyununun təxirə salınmasını xahiş edib. Federasiya Şuşa təmsilçisinin müraciətini müsbət cavablandırıb.
Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, “Panatinaikos” - “Xarı Bülbül Şuşa” matçı noyabrın 29-da keçiriləcək. Azərbaycan klubu Bakıdakı ilk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]