Voleybol üzrə Hollandiya millisi növbəti dəfə üç xala sevinib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü günün sonuncu matçı İsrail və Hollandiya milliləri arasında oynanılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Hollandiya voleybolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın ilk iki setində Hollandiya komandası rəqibinə asanlıqla qalib gəlib - 25:19 və 25:11. Lakin üçüncü hissədə İsrail millisi gərgin mübarizənin sonunda 25:22 hesablı qələbəyə sevinib. Buna baxmayaraq, İsrail təmsilçiləri dördüncü setdə rəqiblərinə müqavimət göstərə bilməyərək 15:25 hesabı ilə yeniliblər.
Bununla da, Hollandiya yığması ardıcıl üçüncü qələbəsini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]