VOLEYBOLÇULARIMIZI BU İL DAHA MÖTƏBƏR YARIŞLAR GÖZLƏYİR
F.Qarayev ötən ilin aprelindən başlayaraq, Avropa çempionatında, dünya çempionatının seçmə qrup mərhələlərində, dünya “Qran-pri” yarışlarında və Avropa çempionlar liqasında iştirak edən qadın voleybolçularımızın əldə etdikləri uğurlardan, bəzi oyunlarda məğlub olmalarının səbəblərindən və problemlərin həlli istiqamətində görüləcək işlərdən danışmışdır. Bildirmişdir ki, son 4 ildə bu idman növünün inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verir və hazırda qadın voleybolçularımız dünyanın ən güclüləri ilə qarşılaşırlar və reytinq cədvəlində də 16-cı yeri tuturlar.
Qadın voleybolçularımız bu il daha mötəbər yarışlarda - Avropa çempionatının seçmə qrup mərhələlərində, Boris Yeltsin kuboku uğrunda beynəlxalq turnirdə, dünya “Qran-pri” yarışlarının seçmə qrup mərhələsinin oyunlarında, 2007-ci ildə keçiriləcək dünya “Qran-pri” yarışlarının təsnifat mərhələsində, Avropa çempionlar liqasının qrup və dünya çempionatının final mərhələsinin oyunlarında iştirak edəcəklər. Kişi voleybolçuların da beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etməsi üçün işlər aparıldığını söyləyən F.Qarayev onların bu il Avropa çempionlar liqasının qrup mərhələsində, Nursultan Nazarbayev kuboku uğrunda beynəlxalq turnirdə və Avropa “Top komandalar” kuboku yarışlarında iştirak edəcəklərini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]