Volodimir Zelenski Türkiyənin xarici işlər naziri ilə görüşüb VİDEO
Kiyev, 25 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 25-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin feysbuk səhifəsində məlumat verilib.
Prezident Türkiyənin xarici işlər naziri ilə bir çox mühüm məsələləri müzakirə etdiyini bildirib.
“Sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq, Rusiyanın Qara dəniz “taxıl dəhlizi”nə mane olması ilə bağlı riskləri müzakirə etdik”, - deyə V.Zelenski vurğulayıb.
Görüşdə V.Zelenski göstərdiyi daimi və ardıcıl dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]