Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı

Vüqar Rəhimzadə: AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı

Bakı, 16 fevral, AZƏRTAC

Bu gün yaşlı və orta nəslin nümayəndələri bədnam AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəni bərbad vəziyyətə saldığını yaxşı xatırlayırlar. Bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox dərəcəsində idi. Silahlı Qüvvələrin döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif silahlı birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən - döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, onlardan siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Silahlı birləşləmələr AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular.

Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Laçın rayonunun Güləbird kəndindəki çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha diqqəti Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Şuşa və Laçın rayonlarının hansı şəraitdə işğal altına düşməsinə yönəltdi. Laçının Azərbaycanın Şuşadan sonra işğala məruz qalmış ikinci rayonu olduğunu xatırladan möhtərəm Prezidentimiz bildirdi ki, bu rayonun işğal edilməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Laçının işğalını Azərbaycanın strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyəti kimi dəyərləndirən Müzəffər Ali Baş Komandan xalqımızın bu faciənin baş verməsində milli satqınların xain əməllərini heç zaman unutmamalı olduğunu təkzibolunmaz tarixi faktlar və dəlillərlə diqqətə çatdırdı: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, cəbhədə döyüşlərin getdiyi vaxt İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digər başabəla “lider”lərin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini heç cür, heç vaxt unutmaq olmaz: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır. Bu gün həmin satqınlardan, xainlərdən, biri - dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur. Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən xəbərsiz olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Belədə istər-istəməz sual olunur: Əgər belə idisə niyə AXC-Müsavat qaragüruhunun hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ erməni quldurlarından təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə bu gün həmin 1 il ərzində AXC-Müsavat xəyanətkar cütlüyünün ölkəni necə çıxılmaz vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı ilyarım ərzində Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzlənmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Belə bir şəraitdə hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddinə çatmışdı”.

Baş redaktor diqqətə çatdırıb ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün Azərbaycan torpaqlarını hərraca çıxarmışdı: “Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Təbii ki, belə bir vəziyyətdə ön cəbhədə hər hansı uğur qazanmaqdan söhbət gedə bilməzdi. Həmin dövrdə orduda vahid komandanlığın olmamasından istifadə edən erməni hərbi birləşmələri və onların havadarları ərazilərimizi bir-birinin ardınca işğal edirdilər. Möhtərəm Prezidentimizin xatırlatdığı kimi, məhz ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ və Laçın rayonu ilə yanaşı, 1993-cü ilin aprelində Kəlbəcər kimi strateji əhəmiyyətli rayon da AXC-Müsavat hakimiyyətinin xəyanəti ucbatından düşmənə təslim edildi. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ ətrafı digər rayonların da işğala məruz qalmasına geniş zəmin yarandı. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrdən istifadə edilməsi isə işğalçı Ermənistan ordusunun əl-qolunu açırdı. Nəticədə xəyanətkar AXC-Müsavat hakimiyyətinin hərbi sahədəki üzdəniraq “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkəmizin ümumilikdə 20 faiz ərazisini işğal etdilər”.

Vüqar Rəhimzadə əlavə edib ki, bir illik hakimiyyətləri dövründə dağıdıcı AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları çörəklə imtahana çəkməsi, ölkəni vətəndaş müharibəsi həddinə çatdırması, separatizmi alovlandırması və s. ilə yadda qaldı: “Bütün bunlar bu gün dili boğaza qoymayan Əli Kərimli və onun kimi antimilli ünsürlər üçün daha bir tarixi xatırlamaq dərsi olmalıdır. Yaxın tariximizdə baş verən hadisələri xatırlayarkən isə hər birimiz bir daha əmin oluruq ki, bu gün haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından dəm vuran Əli Kərimli və onun ətrafındakılar vaxtilə milləti aclıqla imtahana çəkmiş Vətən xainləri, xalq düşmənləridir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub