Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi

Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi

Bakı, 29 may, AZƏRTAC

İki dost, qardaş, müttəfiq ölkələr - Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Nəzərə alanda ki, “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi əldə rəhbər tutan bir ideya, ruhdur, bu halda gələcəkdə dostluğumuzun, qardaşlığımızın daha da möhtəşəm olacağını artıq indidən aydın görür və bundan qürur hissi keçiririk. Hər bir inkişafın, tərəqqinin təməlində bilik, yeni texnologiyalar, yeni ideyalar dayanır. İki qardaş ölkələrimiz daim yeniliyə, müasirliyə meyil göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı inkişafı ilə diqqətdə olur. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət başçısı özünün şəxsində bildirdi ki, fəaliyyətində həmişə Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın müstəqil siyasətini təqdir edib. İki ölkənin liderlərinin qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına örnəkdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, festivalda səsləndirildiyi kimi, gənclər “TEKNOFEST”in keçirilməsində bir daha dünyaya türkün gücünün göstərilməsi istəklərini ifadə edirlər: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, ötən il dünyaya səs salan Şuşa Bəyannaməsinin imzalanması əsasında rəsmiləşən müttəfiqliyi ilə hər zaman digər ölkələrə örnəkdir. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin bir yerdə olmaları, çoxəsrlik tariximizi birgə vərəqləmələri, “Bir ananın iki oğlu, bir ağacın iki qolu” kimi dəyərləndirilən Azərbaycanın və Türkiyənin inkişaf yolunu birgə təhlil etmələri qürurverici olmaqla yanaşı, bu günümüz, gələcəyimiz üçün bir təminatdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Ən əsası, müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh, inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq. “TEKNOFEST” birliyimizin növbəti nümayişi, təzahürüdür” söyləyən dövlət başçısı, həmçinin bildirdi ki, “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” fikirlərinə yönəldərək bildirib ki, bu dəyərləndirmənin həyatiliyinə əmin olmaq üçün təkcə çox da uzaq olmayan tarixə, 2020-ci ilin 27 sentyabr tarixindən bu günədək iki qardaş ölkənin bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir: “Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır. Amma dünya siyasətinə nəzər salanda bəzən bunun əksini görürük. Xüsusilə bəzi dünya gücləri hər zaman belə bir tezisi gündəmdə saxlamağa çalışırlar: “Siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur”. Azərbaycan və Türkiyə nümunəsi bu yanaşmadan fərqli olaraq bir daha sübut edir ki, siyasətdə əbədi maraqlar hər zaman olmaya bilər, əbədi dostlar isə həmişə var”.

Vüqar Rəhimzadə “TEKNOFEST”in Azərbaycan-Türkiyə münasibətlərinin təqdimatında əhəmiyyətindən geniş bəhs edərək Türkiyə Prezidentinin “Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ” deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim” fikirlərinin özündə ehtiva etdiyi bütün istəkləri də diqqətə çatdırıb: “Qardaş ölkənin Prezidenti əllərini hər dəfə Tanrı dərgahına açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarımızın, Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağıları ilə hüznlənən milyonlarla dostumuzun salamını, Cənubi Qafqaz bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdiyini bildirməklə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını, türkü qürurlandırdı, onlara daha sıx şəkildə birləşməyə çağırış etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-türk diaspor təşkilatlarının birgə fəaliyyətini də yada salaq. Azərbaycanın işğal altında olan hər bir şəhərinin, rayonunun, kənd və qəsəbəsinin azadlığa qovuşması sevinci dünyanın müxtəlif ölkələrində böyük coşqu ilə qeyd edildi, erməni vəhşilikləri diaspor təşkilatlarımız tərəfindən dünya ictimaiyyətinə faktlarla çatdırıldı. Türkiyə Prezidentinin, qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr etdiklərini, qardaşı İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəliləməsindən məmnunluğunu ifadə etməsi dünyaya sarsılmaz olan bu birliyin gücünün, qüdrətinin, inamın və etimadın nümayişi kimi dəyərləndirilir”.

“Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hər bir addım, səsləndirilən hər bir fikir, eyni zamanda, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları özündə əks etdirir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə təzyiqlə, təhdidlə qorxudulanlardan olmadılar, işğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri çəkilmədilər. Tarixi Zəfərimiz göstərdi ki, bizim heç kimin torpağında gözümüz olmadığı kimi, düşmənə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq. Harada haqsızlıq, ədalətsizlik varsa, Azərbaycan və Türkiyə birlikdə səsini ucaldır, məzlumların müdafiəsinə qalxır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ilk dəfə Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 may tarixi özündə bir sıra mühüm məqamları birləşdirdi. Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunmaqla tarixin arxivinə atılıb. Bölgədə yeni bir səhifə açılıb. Dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi fonunda bölgədə sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni əməkdaşlıq formatlarının təməli də qoyulacaq. Azərbaycan və Türkiyə bütün bu hədəflərin mərkəzində olaraq onların reallığa çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub