Vyetnamda iki ay ərzində koronavirusa yeni yoluxma halı qeydə alınmayıb
Bakı, 16 iyun, AZƏRTAC
Vyetnamın hakimiyyət orqanları ötən iki ay ərzində ölkə daxilində koronavirusa yeni yoluxma halı qeydə almayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Vyetnamın koronavirusun profilaktikası və yayılmasına nəzarət üzrə milli koordinasiya komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, ölkədə aşkarlanan 334 koronavirus xəstəsindən 323-ü tam sağalıb, 11 nəfər isə həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, Vyetnam hakimiyyəti may ayından başlayaraq koronavirus infeksiyasının yayılması ilə mübarizədə müsbət dinamika fonunda sosial izolyasiya rejimini mərhələ ilə aradan qaldırmağa başlayıb. İyun ayından ölkədə ictimai nəqliyyatın və daxili aviasiyanın fəaliyyəti bərpa olunub, həmçinin ticarət və xidmət sahələri işləməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]