Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF 13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən “World Cities Report 2026” hesabatının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə UN Habitat-ın nümayəndəsi Edlam Yemeru moderatorluq edib.

Sonra BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax dəyirmi masada videoformat şəklində çıxış edib. Bildirib ki, dünyada baş verən bir sıra proseslər məskunlaşma kasadlığına gətirib çıxarır: "Qlobal məskunlaşma onilliklər ərzində yaranan problemdir. Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır. Onların ən elementar xidmətlərə belə əlçatanlılığı yoxdur. Hazırda 123 milyon insan qaçqın və məcburi köçkün halına düşüb. Bu da yerli əhalinin yoxsulluğuna gətirib çıxarır. Hər bir kəsin adekvat məskunlaşmağa nail olması yoxsulluğun azaldılmasına gətirib çıxara bilər. Bu hesabat bizə Yol Xəritəsi təqdim edir ki, hansı işləri həyata keçirə bilərik".

UN-Habitat-ın bölmə rəhbəri Benedikt Arimah bildirib ki, hazırlanmış hesabat qlobal məskunlaşma böhranına həsr olunub və burada əsas diqqət konkret həll yollarına yönəldilib: "Hesabatda qlobal məskunlaşma sahəsində mövcud olan böhran, problemlər və çətinliklər, eləcə də bu prosesə uyğun tərəfdaşların və əməkdaşların necə cəlb olunmalı olduğu ətraflı şəkildə təhlil edilir. Biz hesabat çərçivəsində beş əsas meyar üzərində dayanmışıq. Bunlar mənzil əlçatanlığı, qeyri-formal məskunlaşma, iqlim riskləri və dayanıqlılıq, iqlim dəyişikliklərinin təsiri, həmçinin inklüziv şəhərlərin formalaşdırılmasıdır. Bundan əlavə, hesabat daha yeddi əlavə göstəricini də özündə ehtiva edir. Hesabatın birinci bölməsində əsas diqqət mövcud böhranın mahiyyətinə və səbəblərinə yönəlib. İkinci bölmədə bu sahədə qəbul olunmuş siyasətlər və tətbiq edilən yanaşmalar təhlil olunur. Üçüncü bölmədə isə böhranın əsas göstəriciləri, hökumətlərin bu problemlərə hansı yollarla həll tapa biləcəyi, maliyyə mexanizmləri və digər çıxış yolları araşdırılır. Araşdırmaların nəticələrinə görə, hazırda 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur. Bu, qlobal səviyyədə olduqca ciddi problemdir. Bir çox halda əhalinin gəlirinin 30 faizi mənzil xərclərinə sərf olunur və bəzi hallarda bu göstərici 50 faizə qədər yüksəlir. Bəzi ölkələrdə isə insanların gəlirlərinin 11 faizi yalnız mənzil xərclərinə yönəlir. Mərkəzi və Cənub-Şərqi Asiya regionlarında bu göstərici 56 faizə çatır. 2010-cu ildən etibarən milyonlarla insan bu problemlərlə üzləşir, bir çox insan isə qaçqın həyatı yaşayaraq məskunlaşma çətinlikləri ilə qarşılaşır. Proqnozlara əsasən, 2040-cı ilə qədər təbii fəlakətlərin vuracağı iqtisadi zərər 280 milyard dollara çatacaq və bu vəziyyət insanların mənzil əldə etməsini daha da çətinləşdirəcək. Həmçinin 1,4 milyard insan qeyri-formal formal məskunlaşmaqdadır. Bütün bu rəqəmlər narahatlıq doğurur".

Meksikanın Milli Elm və Texnologiya Şurasının tədqiqatçısı Hector Becerril Miranda problemləri həll etmək üçün ilk növbədə, hüquqi tənzimləməyə baxılmalı olduğunu vurğulayıb. O, şəhər əhalisinin kollektiv hüquqlardan necə faydalanmalı olduğuna və birgə fəaliyyətin vacibliyinə toxunub. Vahid tənzimləmə prosesinin əhəmiyyətinə toxunaraq, şəhərsalma proseslərinin qanunauyğun şəkildə həyata keçirilməsindən söz açıb.

Niderlandın Erasmus Rotterdam Universitetinin Mənzil və Şəhər İnkişafı Araşdırmaları İnstitutunun baş direktoru David Dodman hesabatda məskunlaşma ilə bağlı problemin əhatəli qeyd olunduğunu deyib. O, adekvat mənzil gündəliyinin iqlim baxımından dayanıqlı struktura çevirməyin vacibliyinə toxunub. Mənzillərin harada yerləşməsinə və hansı risklərə məruz qalmasına diqqət çəkib. Həmçinin mənzillərin tikintisinin iqlim risklərinə tab gətirməsinin vacibliyindən danışıb.

Böyük Britaniyanın Liverpool Universitetinin professoru Taibat Lawanson çıxışı zamanı mənzil təminatının yalnız tikinti prosesi deyil, kompleks yanaşma tələb edən mühüm sosial-iqtisadi məsələ olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə həm satış və tikinti mərhələləri, həm də sonrakı sosial və iqtisadi təsirlər diqqətlə nəzərə alınmalıdır: “Biz mənzil təminatına bütöv bir proses kimi baxmalıyıq. Mənzillər elə şəkildə təmin olunmalıdır ki, insanlar sonradan məcburi köçürülmə və digər çətinliklərlə üzləşməsinlər. Bunun üçün şəhərlərin inkişaf parametrləri nəzərə alınmalı, yerli və bələdiyyə orqanları isə imkanları düzgün prioritetləşdirməlidirlər. Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır".

Pakistanın Pəncab əyalətinin Əlçatan Mənzil Proqramının direktoru İmran Ali Sultan dünyada mənzil böhranının dərinləşməsinə diqqət çəkib. Məhkəmə və bank sektorunun mənzil böhranı zamanı oynadığı rola toxunub. Qeyd edib ki, bəzən məskunlaşma ilə bağlı qanunun qəbul edilməsi üçün 3 ilə yaxın vaxt tələb olunur: "Həll yolunu hazırlamağa çalışanda reallığı daha çox nəzərə alırıq. Elə həll yolu tətbiq etməliyik ki, elastiklik nəzərə alınsın".

Çinin Şəhər və Ətraf Mühit Araşdırmaları Mərkəzinin universitet tədqiqatları üzrə direktoru Yunqing Xu qeyd edib ki, hazırlanan qlobal hesabat yalnız qlobal meyilləri əks etdirmir, həmçinin yerli kontekstlərə uyğunlaşdırılması ilə də diqqəti cəlb edir. Onun sözlərinə görə, bu məsələdə əsas məqam düşüncə tərzinin dəyişməsidir: “Məskunlaşma hər kəs üçün vacib məsələdir. Məqsəd insanların istənilən böhran vəziyyətində həyat şəraitinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Hər kəs anlamalıdır ki, bu məsələ olduqca kompleks xarakter daşıyır və əgər bu, nəzərə alınmasa, mövcud böhran daha da dərinləşə bilər. Buna görə də mümkün qədər çox insanın bu dialoqa cəlb olunması vacibdir”, - deyə o vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Müxbirlər- Günel Türksoy, Günel Alıyeva
Fotoqraf- İlkin Cavanşirov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

Misirdə böyük neft-qaz yatağı tapılıb

Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

UN-Habitatın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu

Bu saata olan əsas xəbərlər

Çuvaşiyalı nəğməkar şair: Türk ölkələrini birləşdirən layihələr onların arasındakı münasibətləri gücləndirir

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır

Azərbaycan bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim

Bəşir Hacıyev: Kəlbəcərdə 2020 hektar ərazi minalardan təmizlənib

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi

WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir

WUF13-də media sessiyası: Beynəlxalq ekspert jurnalistlərə şəhərsalma mövzularının işıqlandırılmasından danışıb

Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir

UNECE-nin icraçı katibinin müavini ilə görüş baş tutub

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və data əsaslı idarəetmə həlləri təqdim olunub

Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

Anjela Makeyeva: Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə "Linqvist" liseyi və şəhər poliklinikası yenidən fəaliyyət göstərir

Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub

Müasir şəhərsalma standartları ilə dirçələn Ağdamdan REPORTAJ

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib VİDEO

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir  - YENİLƏNİB

Xüsusi Nümayəndəliyin əməkdaşı: Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub

Mer: Xarkovun bərpasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayır

Ekspert: Genişmiqyaslı iqlim dəyişikliyi əsasən insan təsiri ilə bağlıdır

Məhəmmədəli Xudaverdiyev: Qlobal Cənub mühüm innovasiya və təcrübəyə sahibdir

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

AQTA: Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Şeri Ritsema-Anderson: Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmalıdır

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Bu ilin 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108 milyon manat vəsait ödənilib

“AnewZ” prodüseri: Belə ekran əsərləri Azərbaycanı dünyaya tanıdır VİDEO

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da təcrübə keçiblər

“Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 650-dən çox şəxs faydalanıb

Şəkiyə, Qusara və Balakənə dolu yağıb

Azərbaycan türkologiya elmi: sələflər və xələflər - gənc alimlərin respublika konfransı

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB

Bu gün ASAN vətəndaş məmnuniyyəti üzrə 99 faizdən yüksək göstərici nümayiş etdirir

Türkiyəli memar: Azərbaycanın dəstəyi Kahramanmaraşda insanların yenidən həyata qayıtmasına töhfə verib

Paula Qaviria: Məcburi köçkünlərlə bağlı məsələlərdə yerli səviyyədə preventiv tədbirlər xüsusi əhəmiyyət daşıyır

WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?"

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb

Boriy Alixanov: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır

® “AzInTelecom” “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub

Beynəlxalq ekspert: WUF13 şəhərsalma sahəsində ən yaxşı ideyaların mübadiləsinə töhfə verir

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Filippinli nümayəndə: WUF13 hər kəsin öz təkliflərini təqdim etməsi üçün yaxşı bir platformadır

Xüsusi Nümayəndəliyin böyük məsləhətçisi: Azad edilmiş ərazilərdə sıfırdan müasir şəhərsalma sistemi yaradılır

Lüsi Erl: WUF-un ən yaxşı tərəfi dünyanın hər yerindən gələn insanların müxtəlifliyidir

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk professor: WUF13 ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlığın güclənməsinə mühüm töhfə verir

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lea Ranalder: Dayanıqlı mənzil sistemi şəhər infrastrukturuna inteqrasiya olunmalıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qananın naziri: WUF13-də aparılan müzakirələr olduqca zəruridir

Yeliz Berxt: Mənzillərin bərpası həm də insanların rifahı və ləyaqəti ilə bağlıdır

“Naxçıvan” sənədli filminin prodüsseri: Məqsədimiz insanları Azərbaycanın hər bir bölgəsinin tarixi ilə tanış etməkdir

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər  FOTO VİDEO

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər FOTO VİDEO

Çinli memar: WUF13-ün Bakı üçün çox yaxşı təsiri olacaq

BDU əməkdaşları beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

Fələstin Dövlətinin naziri: bizim çox böyük mənzil problemlərimiz var

İordaniya mətbuatı WUF13 barədə yazıb

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Paula Gaviria: BMT-nin diqqəti insanlara, onların hüquqlarına və bərpasına yönəlib

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq

Dima Al-Khatib: WUF13-ün diqqəti mənzil məsələsinə yönəltməsi olduqca uğurlu addımdır

Rohit Ciqyasu: Şəhərlərin kortəbii inkişafı təbii fəlakət risklərini artırır

ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı: Hamı üçün əlçatan şəhərlər və mənzillər yaratmalıyıq

ABŞ-dən olan nümayəndə: Hamının mənzil problemi kimi vacib məsələ haqqında düşünməsi çox qiymətlidir

Sebastian van Herk: “Ağıllı şəhər” konsepsiyası insanların sağlamlığına və həyat keyfiyyətinə yönəldilməlidir

WUF13: Azərbaycanın qlobal şəhərsalma gələcəyində artan rolu

Turanə Əliyeva: Mənzil şəraitinin insanların həyatını necə dəstəklədiyini düşünməliyik

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar