Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Bakı, 19 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan forumda vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu müzakirəyə çıxarılıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın milli şəhərsalma forumunda iştirakından məmnunluğunu ifadə edib. O, Azərbaycanın yenidənqurma prosesində icmaların və müxtəlif tərəflərin fəal şəkildə cəlb olunduğunu görməkdən məmnun olduğunu bildirib.

A.Rossbax əlavə edib ki, QHT-lərin iştirakı olmadan qlobal mənzil böhranının həlli mümkün deyil.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının artıq uğurlu beynəlxalq təşəbbüsə çevrilməkdə olduğunu bildirib.

“Bu il həmin platformanın Baş Assambleyası təsis olunub və mən bu təşəbbüsün gələcəyinə böyük ümidlə baxıram. Şəhərlərlə bağlı çağırışlar – sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri artıq bütün dövlətlərin gündəmindədir. Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir”, – deyə o bildirib.

Azərbaycanın qədim şəhərsalma ənənələrinə malik olduğunu vurğulayan H.Hacıyev qeyd edib ki, qədim Qəbələ kimi şəhərlər tarix boyu ticarət, elm, əməkdaşlıq və mədəniyyət mərkəzləri olub.

“Bu gün isə əsas çağırışlardan biri müasir şəhərlərin inkişafı ilə yanaşı, mədəni irsin qorunmasıdır”, – deyə o əlavə edib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafı istiqamətində qlobal çağırışların həlli üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı və çoxtərəfli tərəfdaşlıqlar mühüm əhəmiyyət daşıyır.

Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Maimuna Mohd Şərif bildirib ki, QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir.

“Vətəndaş cəmiyyəti təşkilatları hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və yerli icmalar arasında mühüm körpü rolunu oynayır. Yalnız dövlət və özəl sektor deyil, insanlar da bu tərəfdaşlığın əsas hissəsi olmalıdırlar”, – deyə o vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva son illərdə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının formalaşdığı məkana çevrildiyini bildirib.

“Beynəlxalq tədbirlər Azərbaycanın yalnız onlara ev sahibliyi edən ölkə kimi deyil, həm də müxtəlif regionlardan olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Bu platformalar dialoq, əməkdaşlıq və həmrəylik üçün yeni imkanlar yaradır”, – deyə A.Əliyeva qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensah bildirib ki, WUF tarixində ilk dəfə dünyanın müxtəlif ölkələrindən QHT-lər vahid platformada bir araya gələrək xüsusi məkan əldə ediblər.

“Bu, onların sessiya çərçivəsində daha fəal iştirakı və fəaliyyətlərinin təmin olunması baxımından mühüm addımdır. WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün də yeni imkanlar yaradır”, – deyə o qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Qalyeqos qeyd edib ki, şəhərlər qadınlar, kişilər və uşaqlar üçün uyğun şəkildə qurulmalıdır.

“Eyni zamanda, yaşlı insanlar və əlilliyi olan şəxslərin ehtiyacları xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Qərar qəbuletmə prosesi çoxtərəfli əməkdaşlıq şəraitində mürəkkəb və məsuliyyətli vəzifədir. Bununla belə, BMT dünya problemlərinin həlli üçün mövcud olan ən vacib platformalardan biridir və QHT-lər də bu prosesin ayrılmaz hissəsi olmalıdır”, – deyə Luis Qalyeqos əlavə edib.

Müxbirlər - Fidan Əlizadə, Səbinə Əlizadə, Elgün Niftəli
Fotoqraf - Nicat Haşımov
Operator - Ələkbər Bəxşiyev
WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaori İşikava: Qayğı iqtisadiyyatı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında vacib rol oynayır

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB

Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo”da konsert proqramı ilə çıxış ediblər

WUF13-ün iştirakçısı: Bakıda görülən işlər yüksək səviyyədədir

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır

Bu saata olan əsas xəbərlər

ABŞ Prezidenti: Kubanın narahatlığını həll etmək üçün rejim dəyişikliyinə ehtiyac olmaya bilər

BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13-ün əhəmiyyətindən danışılıb

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb - FOTOLAR

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar - konfrans

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-ün ana xəttini təşkil edir

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

ABŞ vətəndaşları Ebola virusu ilə əlaqədar bir sıra ölkələrə səfər etməməyə çağırılıb

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Nazir müavini: Bakı Davamlılıq Koalisiyası şəhərsalma və iqlim fəaliyyətlərini bir araya gətirməyə xidmət edir

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır

Anaklaudia Rossbax: Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq

Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Qarabağ Universitetində Xalq artisti Fəxrəddin Manafovla görüş

Nigeriyalı mütəxəssis: İqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır

Rəsul Rza mükafatı laureatlara təqdim olunub

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub

WUF13-də qeyri-rəsmi anlar - FOTOREPORTAJ

Nazir müavini: Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır

WUF13-də TDT-yə üzv dövlətlər şəhər planlaşdırması sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb VİDEO

WUF13-də TDT-yə üzv dövlətlər şəhər planlaşdırması sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb VİDEO

ÜST: Ebola epidemiyası iki ay ərzində bitməyəcək

Alternativ mənzil modelləri WUF13 çərçivəsində diqqət mərkəzində

Aİİ-nin beynəlmiləlləşmə strategiyası: QS reytinqi və impakt faktorlu jurnallar

WUF13-də şəhərsalmada qlobal tərəfdaşlıqlardan və QHT-lərin qərarvermə prosesinə təsirindən danışılıb

Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib

WUF13 Azərbaycanın şəhərsalma strategiyasının və regional liderlik ambisiyalarının beynəlxalq təqdimat platformasıdır - ŞƏRH

İsveç hərbi-dəniz donanmasını əhəmiyyətli dərəcədə gücləndiriləcəyini açıqlayıb

UNEP rəsmisi: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyi ilə yanaşı, urbanizasiya ilə də əlaqəlidir

Mayın 21-i səhərdən 25-i axşamadək hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanda şəhər nəqliyyatı və dəmir yolu sistemlərində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir

Rusiyanın “An-2” təyyarəsi Yakutiyadakı meşədə sərt qəza enişi edib

Pakistan rəsmisi: WUF13 aztəminatlı ailələr üçün mənzil həllərinin təqdimatı və müzakirəsinə imkan yaradır VİDEO

Pakistan rəsmisi: WUF13 aztəminatlı ailələr üçün mənzil həllərinin təqdimatı və müzakirəsinə imkan yaradır VİDEO

D-8-in Baş katibi: Dayanıqlı urbanizasiya və enerji keçidi sıx bağlı olan inkişaf prioritetləridir

Aygün Əliyeva: Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib VİDEO

Aygün Əliyeva: Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib VİDEO

WUF13-də Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsinin lokallaşdırılması mövzusunda sessiya keçirilib - YENİLƏNİB

Pakistanlı nümayəndə: WUF13 çox yaxşı və peşəkar şəkildə təşkil olunub VİDEO

Pakistanlı nümayəndə: WUF13 çox yaxşı və peşəkar şəkildə təşkil olunub VİDEO

UNEC-də ingilis dili imtahanları APTIS sistemi əsasında təşkil olunacaq

Anar Quliyev azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən işlərdən danışıb

Denise Bax: Yaradıcı icmalar gələcək şəhərlərin formalaşmasında əsas rol oynayır

Nazir müavini: Azərbaycan süni intellekt və data mərkəzləri üzrə regional hab olmağı hədəfləyir

Nazir müavini: Azərbaycan Xəzər dənizi ilə bağlı mühüm təşəbbüslər irəli sürür

ARKA-nın Baş direktoru: Bakıda yaradıcı icmaların inkişafı üçün yeni məkanlar formalaşır

WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün yeni imkanlar yaradır VİDEO

WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün yeni imkanlar yaradır VİDEO

Maskat Kollecinin nümayəndəsi: QHT-lərin əsas üstünlüyü müxtəlif sahələri bir araya gətirmələrindədir

Estoniya və Latviya sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları təhlükəsi qeydə alınıb

Komitə sədri: Mənzil təminatı əldə etməyə çalışdığımız hədəflərin mərkəzində dayanır

DİM: 1300-dək taksi sürücüsü imtahanda uğur qazanıb 

Media: Litva ərazisində müttəfiqlərin nüvə silahı yerləşdirilə bilər

Aygün Əliyeva: Vaxtilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün yenidənqurma və dirçəlişin simvoluna çevrilir VİDEO

Aygün Əliyeva: Vaxtilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün yenidənqurma və dirçəlişin simvoluna çevrilir VİDEO

Bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Media: Suriyanın şimalında Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu SU-24M təyyarəsinin qalıqları 11 ildən sonra tapılıb

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

Kamerunlu iştirakçı: Yaşıl şəhərlərin inkişafına bir çox amillər təsir göstərir VİDEO

Kamerunlu iştirakçı: Yaşıl şəhərlərin inkişafına bir çox amillər təsir göstərir VİDEO

WUF13-də xüsusi sessiya: “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” VİDEO

WUF13-də xüsusi sessiya: “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” VİDEO

Anar Quliyev: Növbəti illərdə qəbul ediləcək qərarlar gələcək onilliklər üçün şəhərsalma inkişafını müəyyənləşdirəcək

Luis Qalyeqos: Şəhərlərin gələcəyi insanların ehtiyaclarına uyğun qurulmalıdır

Naxçıvanın sosial-iqtisadi inkişaf göstəriciləri açıqlandı - investisiyalar 23 faiz artıb

WUF13-də Beynəlxalq Şəhər Mütəxəssisləri Forumunun mətbuat konfransı keçirilib

WUF13 iştirakçısı: Dayanıqlı şəhərlərin qurulmasında yaşıl enerji əsas rol oynayır VİDEO

WUF13 iştirakçısı: Dayanıqlı şəhərlərin qurulmasında yaşıl enerji əsas rol oynayır VİDEO

Eliud Emeri: İqlim dəyişikliklərinin nəticələri artıq bütün dünyada açıq şəkildə müşahidə olunur