Xabi Alonso " Mançester Siti"nin baş məşqçisi ola bilər
Bakı, 19 oktyabr, AZƏRTAC
Almaniyanın "Bayer" klubunun baş məşqçisi Xabi Alonso İngiltərənin “Mançester Siti" komandasının "sükanı arxasına" keçməyə əsas namizəddir.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, gələn ilin yayında Mançester təmsilçisi ilə müqaviləsi başa çatacaq ispaniyalı mütəxəssis klubdan ayrılacağı təqdirdə, onu həmyerlisi əvəzləyə bilər.
Namizədlər arasında Portuqaliyanın “Sportinq” klubunun çalışdırıcısı Ruben Amorimin də var.
Qeyd edək ki, P.Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. X.Alonso isə ötən mövsüm “Bayer” ilə Bundesliqa və Almaniya Kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]