Azərbaycan Dövlət İnformasiya Agentliyi

XAÇMAZ İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

XAÇMAZ İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Sentyabrın 27-də Prezident İlham Əliyev mədəniyyət evi ilə tanışlıqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV şəhər sakinlərinə müraciətlə dedi:

- Xaçmaz gözəlləşibdir. Mən hər dəfə buraya gələndə yeniliklər -yeni binalar, gözəl parklar, yeni gözəl mənzərələr görürəm. Bu gözəl mədəniyyət sarayı da, demək olar ki, yenidən tikilibdir. Həm xarici görünüşü çox gözəldir, həm də daxildə çox gözəl işlər görülübdür. Demək olar ki, Xaçmaz ən müasir şəhərə çevrilibdir. Bu, böyük nailiyyətdir. Əlbəttə, burada rayon rəhbərliyinin böyük əməyi var. Şəmsəddin müəllimin işi çox uğurludur. Mən qeyd etdim ki, çox böyük həvəslə, ürəklə işləyir və bütün fəallar şəhərin gözəlləşməsinə öz payını verir.

İndi burada həm abadlıq işləri görülür, həm şəhər üçün lazım olan binalar tikilir, həm də köhnə binalar bərpa edilir. Necə ki, Bakıda köhnə binalar, tarixi binalar bərpa olunur və şəhər gözəlləşir. Mən bu gözəl nailiyyətlər münasibətilə sizi təbrik edirəm.

HƏQİQƏT MƏMMƏDOVA (Xaçmaz rayon həmkarlar ittifaqının sədri): Hörmətli və əziz Prezidentimiz, hamımıza əziz olan İlham Əliyev, çox sağ olun. Əvvəla, Sizi ziyalılar, ağbirçəklər adından Xaçmaz torpağında salamlayıram, xoş gəldiniz deyirəm. Qarşıdan gələn müqəddəs bayram münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan xalqı elə bir xalq, Azərbaycan elə bir ölkədir ki, maddi və mənəvi sərvətləri həmişə bol olubdur. Sizin atanız, ulu öndərimiz Heydər Əliyev bu sərvətlərin ən öndə olanı idi. Siz onun tərbiyəsi ilə böyümüsünüz, o ailədə tərbiyə almısınız. Bütün ağbirçəklər həmişə Sizə arxadır, dayaqdır və həmişə Sizdən ümid gözləyir. Bizim Prezidentimiz bizim təminatçımızdır, arxamızda dayanan bir oğlumuzdur.

Hörmətli Prezidentimiz!

Bu gün Xaçmaz camaatının Sizi xoş üzlə, xoş təbbəsümlə qarşılaması elə-belə deyildir. Vaxt var idi ki, hər bir insanın sifətində kədər ifadə olunurdu. Bu gün hamı gülür, hamı Sizi təbəssümlə qarşılayır. Ona görə ki, bu gün yaşayış tərzimiz yüksəlmişdir. Yoxsulluq həddi lap minimum səviyyəyə enmək üzrədir. Bütün regionlarda abadlıq, quruculuq işləri gedir. Dünya standartları səviyyəsində yollar salınır. Bunun hamısı Sizin sayənizdə olur və fəaliyyətinizin nəticəsidir. Siz bizim Xaçmaz camaatı haqqında, Xaçmazımız haqqında belə gözəl sözlər dediniz. Ümidvaram ki, inşallah, Allah qoysa, şəhərimiz gələcəkdə daha da inkişaf edəcəkdir. Allah Sizə yar olsun, həmişə köməyiniz olsun! Xalqımız həmişə “Heydər xalq-xalq Heydər” şüarını deyirdi. Bu gün isə deyirik ki, hamımız İlhamla irəli gedirik.

İLHAM ƏLİYEV: Çox sevinirəm ki, Xaçmazda belə gözəl işlər görülübdür. Xaçmaz doğrudan da ən müasir şəhərə çevrilir və burada yaşamaq da, işləmək də xoşdur. Xaçmazın həm gündüz, həm də gecə görüntüləri çox gözəldir. Bu, Azərbaycanda gedən inkişafın təzahürüdür.

Deyə bilərəm ki, Xaçmaz Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir. Burada həm sənayedə, həm iqtisadi, həm də sosial sahədə böyük işlər görülür. İnsanların rahatlığı üçün böyük işlər görülür. Çox böyük zövqlə, böyük məhəbbətlə şəhər gözəlləşdirilir. Bu, çox sevindiricidır. Çünki bu onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Aparılan islahatlar, bölgələrimizdə quruculuq, abadlıq işləri, yeni-yeni müəssisələrin yaradılması, şəhərlərin abadlaşdırılması - bütün bunlar inkişafın əlamətidir. Bu inkişaf özünü müxtəlif formalarda büruzə verir, müxtəlif formalarda göstərir. Əlbəttə ki, iqtisadi göstəricilər, bizim statistik rəqəmlərimiz, ümumi daxili məhsulun artımı - bütün bunlar reallıqdır. Ancaq adi vətəndaş ümumi daxili məhsul nədir, bunu tam təfsilatı ilə o qədər də anlaya bilmir. Ancaq məktəb, xəstəxana tikintisi, yeni yolların salınması, abadlıq, quruculuq işləri - bunlar insanların gündəlik həyatda təmasda olduğu məsələlərdir. Bax, bu sahəyə çox böyük diqqət verilir və gələcəkdə də verilməlidir. Sosial məsələlərin həlli, maaşların, pensiyaların artımı, məktəb tikintisi, səhiyyə işinin təkmilləşməsi, mədəniyyət ocaqlarının qurulması ilə yeniləşməsi - bütün bunlar Azərbaycanda var. Xaçmazda çox böyük dərəcədə bu nailiyyətlərə çatırsınız. Bu, çox sevindiricidir.

Əlbəttə ki, sosial məsələlərin həllində, şəhərlərimizin gözəlləşməsində əsas rolu oynayan bizim iqtisadi gücümüzdür. Son illər ərzində iqtisadi islahatlara çox böyük diqqət yetirilmişdir. Bu diqqətin nəticəsində və aparılan ciddi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı kəmiyyət, keyfiyyət baxımından, artım sürətinə görə dünya miqyasında artıq seçilir. İndi biz bunu qürur hissi ilə deyirik və deməliyik ki, dünya miqyasında bizim iqtisadiyyatımız ən yüksək sürətlə artır. Son dörd il ərzində Azərbaycanda olan iqtisadi artım dünya miqyasında hələ olmamışdır və ola bilsin ki, heç olmayacaqdır. Beş il ərzində iqtisadiyyat təxminən üç dəfə, 2,7 dəfə artmışdır. Özlərini islahatçı hesab edən ölkələrdə beş il ərzində bu artım, iqtisadiyyat artımı maksimum 60-70 fazidir. Biz də isə bundan çoxdur. Sənaye istehsalı, sosial məsələlərin həlli, təhsil, səhiyyə sahəsinə ayrılan xərclər - bütün bunlar ölkəmizin gücünü göstərir.

Bizim gücümüz bölgələrin inkişafındadır. Əlbəttə ki, gələcəkdə bizim həm iqtisadi islahatlarımız gedəcək, həm də enerji siyasətimiz davam etdiriləcəkdir. Əlbəttə, bu da bizə böyük güc verir. Ancaq bölgələrimizin inkişafı olmasaydı, bizim inkişafımız birtərəfli olardı. Məhz buna görə beş il ərzində regional inkişaf proqramının qəbul olunması çox vacib idi. Mən o vaxt bunu bilirdim.

Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, o proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Elə bir məsələ yoxdur ki, o, həll olunmamış qalsın. Üstəlik, əvvəlcədən nəzərdə tutulmamış məsələlər də həll olunur. Bax, bu mədəniyyət evinin təmiri regional inkişaf proqramında yox idi. Xaçmaz rayonunda yeni yaradılmış bir sıra obyektlər, binalar, tikintilər yox idi. Yəni biz sonradan əlavə etdik, əlavə vəsait ayırdıq. Yerlərdə daxili imkanlar hesabına çox böyük işlər görülübdür. Azərbaycan beş ildə bütün bölgələr üzrə böyük inkişaf yolu keçmişdir.

Növbəti beş ildə, əlbəttə ki, bu müsbət meyillər davam etdiriləcəkdir. Növbəti beşillik üçün proqram ondan ibarətdir ki, bütün kəndlər, qəsəbələr, şəhərlər abadlaşsın, bütün problemlər aradan qaldırılsın və ölkə uzunmüddətli, möhkəm inkişaf yoluna qədəm qoysun. Biz buna nail olacağıq. Çünki bunu etmək üçün hər şey var. Birincisi, iradə var, ikincisi, konkret proqramlar var, üçüncüsü, iqtisadi imkanlar var və artan dövlət büdcəmiz buna imkan yaradır. Dördüncüsü, xalq tərəfindən bütün proqramlara, təşəbbüslərə verilən dəstək və xalqın bu işlərdə fəal iştirakı, xalqla iqtidar arasında birlik var. Bax, bu vacib amillər hamısı birlikdə uğurlu inkişafımızı təmin edəcəkdir.

Ona görə mən heç şübhə etmirəm ki, Azərbaycan növbəti illərdə daha da sürətlə inkişaf edəcəkdir. Öz liderlik mövqelərini həm bu bölgədə, həm də geniş mənada bölgədə saxlayacaqdır. İqtisadi inkişaf sürəti artacaqdır. Sosial məsələlərin həlli üçün əlavə vəsait ayrılacaqdır. Biz yəqin ki, bu yaxınlarda növbəti ilin dövlət büdcəsini təsdiq edəcəyik. Buna Milli Məclis baxacaqdır. Yenə böyük artım var. Yenə misli görünməmiş irəliləyiş var. Altı ildə, 2003-2009-cu illər ərzində dövlət xərcləri 15 dəfə artır. Bütün bu artımlar insanların maaşlarında, pensiyalarında, abadlaşan şəhərlərdə, tikilən yollarda özünü göstərir.

Bax, mən bu gün səhər bu bölgəyə gəlirdim, yeni beton yol tikilir. Beton yollar ancaq inkişaf etmiş ölkələrdə, ancaq Avropanın böyük ölkələrində tikilir. Başqa yerdə az tikilir. Amma indi biz Bakı-Xaçmaz-Quba-Qusar yolunu betonörtüklü edirik. Bu, rahatlıq verəcəkdir. Yol tikintisi sənaye müəssisəsi deyil ki, investisiya qoyasan, sonra qayıda. Yox, bu, sadəcə olaraq, insanların rahatlığı üçün və bölgələrin inkişafı üçündür. Bu bölgənin çox böyük potensialı var. Həm kənd təsərrüfatı, həm turizm, həm də sənaye və emal müəssisələri baxımından. Xaçmaz rayonunda çox böyük intellektual potensial var, çox gözəl insanlar var. Burada çox fəal, vətənpərvər insanlar yaşayır.

Mən çox şadam ki, biz yenidən görüşürük. Son beş il ərzində bir neçə dəfə rayona gəlmişəm. Hər dəfə yenilikləri görəndə çox sevinirəm. Sizin hamınızı böyük nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Sizə yeni nailiyyətlər arzulayıram və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

X X X

Sonra Prezident İlham Əliyev mədəniyyət evinin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb