Xaçmazda “Şimal” futbol klubu təsis olunub
Xaçmaz, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda təsis olunan “Şimal” futbol klubu yeni mövsümdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən keçirilən Region Liqasında mübarizə aparacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şimal”ın baş məşqçisi Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran”, “Şahdağ”, “Kəpəz” və bir sıra başqa klubların, həmçinin Azərbaycan Milli komandasının heyətində çıxış etmiş Tural Cəlilov təyin olunub.
Klubun heyəti Xaçmaz və ətraf rayonlardan olan futbolçulardan təşkil edilib. Komandanın əsas üzvləri 2022-2023-cü il futbol mövsümündə “Qusar” futbol klubunun heyətində Region Liqasında çıxış edərək çempionluğa yüksəlməyi bacarıb.
Komandanın qarşıdakı mövsümdə Region Liqasında iştirakı AFFA tərəfindən təsdiqlənib. Klubun çempionatdakı ev oyunlarının SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansındakı Siyəzən şəhər stadionunda və Xaçmaz Olimpiya İdman Kompleksinin futbol meydançasında keçirilməsi nəzərdə tutulub. Yeni yaradılmasına baxmayaraq, “Şimal” futbol klubu liqada çempionluq uğrunda mübarizə aparacaq. Komanda Region Liqasında təcrübə qazandıqdan sonra növbəti illərdə Azərbaycanın II və I liqasında mübarizə aparmağı qarşıya məqsəd qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [19:30]
Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib
- 27.05.2026 [16:16]
Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
- 27.05.2026 [16:03]
Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 27.05.2026 [14:30]
Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb
- 27.05.2026 [14:02]
Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]