Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Cümhuriyyəti milli mətbuatımızın demokratik prinsiplər əsasında fəaliyyətinə geniş imkanlar açdı

Xalq Cümhuriyyəti milli mətbuatımızın demokratik prinsiplər əsasında fəaliyyətinə geniş imkanlar açdı

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli mətbuatımızın azad, sərbəst və demokratik prinsiplər əsasında fəaliyyətinə geniş imkanlar açdı. Dövrün və Azərbaycan xalqının canlı salnaməsini yaradan demokratik mətbuat həm kəmiyyət, həm də keyfiyyət baxımından zəngin mədəniyyətimizin üzvi tərkib hissəsinin missiyasını həyata keçirən, sözün daxili potensialını bütün gücü ilə ifadə edən bir vasitə rolunu oynadı, iki il ərzində az qala bir əsrin sözünü deməyə qadir oldu.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva söyləyib. O bildirib ki, çox çətin, mürəkkəb, ancaq şərəfli yol keçən Cümhuriyyət dövrü mətbuatı mövzu və ideya zənginliyinə, yayılma arealına görə özündən əvvəl mövcud olan mətbuatdan köklü şəkildə fərqlənirdi. Azadlığın verdiyi imkanlar sayəsində 100-ə yaxın qəzet və jurnal nəşr edildi ki, bunun da 60-dan çoxu Azərbaycan dilində idi. Bu çoxsaylı və çoxçeşidli mətbuat orqanları içərisində real həyati fakt və hadisələrə əsaslanan, geniş oxucu auditoriyasına malik olan, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən “İstiqlal”, “Azərbaycan”, “Övraqi-nəfisə”, “Müsəlmanlıq”, “Gənclər Yurdu”, “Şeypur”, “Zənbur”, “Bəsirət”, “Qurtuluş” kimi qəzet və jurnallar yenicə qurulmuş hökumətin əsas fəaliyyət proqramının ifadəçisinə çevrilmişdi. Dövrün tanınmış ziyalıları, dövlət xadimləri, yazıçı və şairləri - Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şəfi Rüstəmbəyli, Hacı İbrahim Qasımov, Qurbanəli Şərifzadə, Əlabbas Müznib, Məmmədəli Sidqi, Qurbanəli Şərifzadə, Şəfiqə Əfəndizadə, Adil Ziyadxanov, Abdulla Şaiq, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad və başqaları demokratik dövlətin fəal qurucuları, yaradıcıları və təbliğatçıları kimi böyük xidmətlər göstərdilər. Dövlət quruculuğu ilə bağlı yaranan bütün problemlər Cümhuriyyət dövrü mətbuatının əsas mövzusuna çevrilirdi. Bu sferada milli müstəqilliyin qorunub saxlanması, milli ordunun yaradılması, yeni tərkibdə parlament seçkilərinin keçirilməsi, erməni daşnaklarının Qarabağda törətdikləri qırğın və fəlakətlərin qarşısının alınması, xarici müdaxiləçilərin, imperialist qüvvələrin ölkə daxilindəki pozuculuq fəaliyyətini aşkarlayaraq ifşa etmək kimi əhəmiyyətli məsələlər mətbuatın qarşısında duran əsas problemlərdən idi.

Alim qeyd edib ki, Azərbaycan hökuməti mətbuatın və nəşriyyat işinin çağdaş dövrün tələbləri səviyyəsində qurulması məqsədilə bir sıra təxirəsalınmaz vəzifələr həyata keçirdi. Belə ki, Parlament azad və müstəqil bir mətbuata sahib olmaq üçün 1919-cu ilin 30 oktyabrında “Mətbuat haqqında nizamnamə” qəbul etdi. Mətbuata xüsusi önəm verən yeni hökumət tarixi şəraiti obyektiv qiymətləndirərək dövlətin mətbuat haqqında siyasətini demokratik prinsiplər əsasında qurmasının zəruriliyini gündəmə gətirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli Sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərindən dövlət nəzarətinin götürülməsi yeni dövrün abu-havasını əks etdirən, milli ruha köklənən və milli mədəniyyətin formalaşmasına münbit şərait yaradan azad mətbuatın fəaliyyətinə güclü təkan verdi. Azərbaycan xalqının çoxsaylı oxucularının müxtəlif təbəqələrinin maraqlarını əks etdirən mətbuat Cümhuriyyət dövründə Bakı, Gəncə, Şuşa, Tiflis və digər mədəni mərkəzlərdə fəaliyyət göstərirdi. Dövrün taleyüklü problemlərini - istiqlaliyyətini yenicə bəyan etmiş gənc bir respublikanı daxili və xarici düşmənlərdən, imperialistlərlə erməni daşnaklarının əlbir müstəmləkəçilik siyasətindən, bolşevizmin istilaçılıq təhlükəsindən, eser-menşevik qüvvələrinin məkrli siyasətindən qoruyan milli mətbuatımız öz proqram və nizamnaməsinə sonadək sadiq qaldı. Xüsusilə Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzeti bu ideoloji mübarizənin ön cəbhəsində gedirdi. Cümhuriyyətin bütün ictimai -siyasi, iqtisadi, sosial, ədəbi-mədəni həyatının güzgüsü kimi fəaliyyət göstərən bu mətbuat orqanı həm hökumətin bütün təsisatlarının tarixi və mədəni mənzərəsinin real gerçəkliklərini özündə ehtiva edir, həm də milli hökuməti müdafiə etmək kimi məsuliyyətli bir missiyasını həyata keçirirdi. Azərbaycan milli mətbuatının ən mütərəqqi ənənələrini, yaradıcılıq xüsusiyyətlərini yaşadan və öz dövrünə daşıyan, cəmiyyətin demokratik prinsiplər əsasında yenidən qurulmasında və maariflənməsində müstəsna rol oynayan “Azərbaycan” qəzeti dövlətçiliyimizin 1918-1920-ci illər tarixinin araşdırılması və öyrənilməsində zəngin bir mənbə kimi olduqca qiymətlidir. “Azərbaycan” qəzeti parlamentin stenoqrafik hesabatlarını, əmr, fərman, sərəncam və qərarlarını “Azərbaycan Məclisi-Məbusanında” rubrikasında dərc edirdi. Bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” kimi daimi rubrikalar da fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, 1915-ci il oktyabrın 2-də Bakıda M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti xalqın istiqlal uğrunda gələcək mübarizə konsepsiyası olan “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını geniş şəkildə təbliğ edirdi. Qəzet Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneəyə çevrilən rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir savaşının önündə gedirdi. 1918-ci il fevralın 4-dən “Müsavat“ qəzetinin yerinə fəaliyyətə başlayan “İstiqlal” qəzeti türk şairi Tofiq Fikrətin məşhur: “Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!” - misralarını epiqraf seçmişdi. “İstiqlal” qəzetində Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq, Fərhad Ağazadə, Əli Yusif, Xəlil İbrahim və başqaları çıxış edirdilər. Hacı İbrahim Qasımovun redaktorluğu ilə nəşrə başlayan “Bəsirət” qəzeti 1914-cü ildən 1925-ci ilə kimi fəaliyyət göstərdi.

G.Babayeva vurğulayıb ki, Cümhuriyyət dövrü mətbuatı cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən çoxsaylı oxucuların zövqünü daim diqqət mərkəzində saxlayırdı. Belə ki, gənclərə məxsus “Gənclər yurdu”, tələbə və müəllimlər üçün zəruri olan “Əfkari-mütəllimin“, elm və incəsənət sahəsində çalışanlar üçün “Mədəniyyət” kimi qəzet və jurnallar nəşr edirdi. Bu baxımdan oxucuların maraqla qarşıladığı mətbuat orqanlarından biri də 1919-cu il martın 11-də Bakıda nəşrə başlayan “Övraqi-nəfisə” (“Nəfis vərəqlər”) jurnalı idi. Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk jurnal olan “Övraqi-nəfisə”nin mart-avqust aylarında cəmi 6 sayı işıq üzü görmüşdü. Jurnalın redaktoru Əlabbas Müznib, naşiri Zülfüqar Hacıbəyli, rəssamı isə böyük karikatura ustası Əzim Əzimzadə idi. Jurnalda Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Əmin Abid, Məhəmməd Hadi kimi dövrün tanınmış ziyalıları fəaliyyət göstərirdilər. “Övraqi-nəfisə”də də Cümhuriyyət dövrünün bir çox mətbuat orqanları kimi milli özünüdərkin və milli ruhun təlqini məsələləri ön plana çəkilir, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarının təbliği mühüm əhəmiyyət kəsb edirdi.

O, 1917-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinə müxalif mövqedə dayanan bolşevik mətbuatından da danışıb. Bildirib ki, həmin dövrdə bolşeviklərin 40 adda qəzet və jurnalı nəşr edilirdi. Bolşevik mətbuatının əsas aparıcı orqanı “Hümmət” qəzeti idi. Bu mətbu orqan 1917-1918-ci illərdə yazıçı Məmməd Səid Ordubadi və inqilabçı Dadaş Bünyadzadənin redaktorluğu ilə çap olunub. Sosializmin təbliğinə xidmət edən “Hümmət”, “Al bayraq”, “Zəhmət sədası”, “Azərbaycan füqərası”, “Raboçaya Pravda”, “Qolos truda”, “Məşəl”, “Oktyabr inqilabı” və s. qəzet və jurnalların redaktoru Əliheydər Qarayev olub. Bolşevik mətbuatında əsasən M.S.Ordubadi, Ə.Qarayev, S.C.Pişəvəri, R.Axundov, D.Bünyadzadə, M.Quliyev, S.M.Əfəndiyev və başqaları publisistik yazılarla çıxış ediblər. Bu dövrdə Bakıda nəşr edilən “Bakinskiy raboçiy”, “Bakinets”, “Bakinskoe slovo”, “İskra”, “Naşa jizn” və s. rusdilli qəzet və jurnallar bolşevik mətbuatı ilə eyni mövqedən çıxış edir, Cümhuriyyəti təmsil edən mətbuata qarşı çıxaraq onunla əks qütbdə dayanırdı.

“Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi azadlıq və sərbəstlikdən yararlanan mətbuatın sırasında satirik jurnallar da yer alırdı. Bu illərdə “Molla Nəsrəddin” ənənələrini davam etdirən, milli ideyalı “Şeypur” və “Zənbur” jurnalları nəşr olunub. Səməd Mənsurun naşirliyi və Məmmədəli Sidqinin redaktorluğu ilə çap edilən “Şeypur”un ilk sayı 1918-ci il oktyabrın 5-də işıq üzü görüb. 1919-cu ilin aprelindən nəşrə başlayan “Zənbur”un cəmi 24 sayı çap olunub. Həftədə bir dəfə çıxan jurnalda Məmmədəli Sidqi ilə yanaşı, Əli Nəzmi, Səməd Mənsur, Balaqardaş Səttaroğlu və başqalarının gizli imzalarla dərc etdirdikləri şeir və publisistik yazıları yer alırdı. Jurnalın rəssamı Əzim Əzimzadə idi. 1918-1920-ci illərin satirik mətbuatı “Molla Nəsrəddin”dən faydalanaraq azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı tənqid atəşinə tutur, xalqı elmə və maarifə səsləyirdi. Azərbaycan xalqı ilə əsrlərcə düşmənçilik siyasəti aparan, millətlərarası qırğınlar, fəlakətlər və soyqırımları törədən erməni daşnakları yenidən nifaq toxumu səpmək üçün Cümhuriyyət dövründə “Artsax”, “Aparax” və s. adda qəzet və jurnallar nəşr ediblər. Lakin zaman-zaman xalqımıza qarşı aparılan antitəbliğat kampaniyası müvəffəqiyyətsizliyə uğramışdı.

Ümumiyyətlə, öz rişəsini “Əkinçi”dən götürərək şərəflı və mübarizələrlə dolu böyük bir yaradıcılıq yolu keçən Azərbaycan milli mətbuatı 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin ideya istiqamətlərini işıqlandıran bir tribunaya çevrildi, özündən sonra təşəkkül tapan demokratik ruhlu mətbuatımızın inkişafına və formalaşmasına təminat yaratdı”, - deyə G.Babayeva fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO