XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan söz sənətinin görkəmli nümayəndələrindən biri, xalq şairi Süleyman Rüstəmin anadan olmasının 100 illik yubileyi Gəncədə təntənə ilə qeyd edilmişdir. Sənətsevərlərin, ziyalıların və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Gəncə Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində çıxış edənlər Azərbaycanın ictimai fikir tarixində və poeziyasında özünəməxsus yeri olan Süleyman Rüstəmin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını ölkəmizin başçısının yaradıcı insanlara qayğısı kimi dəyərləndirmişlər. Sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şairin şeirlərindən nümunələr səslənmiş, müğənnilər onun sözlərinə bəstələnmiş mahnıları ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]