Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin apreli

Bakı, 1 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2-3 aprel. Prezident Heydər Əliyev MDB ölkələrinin Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Rusiyada səfərdə oldu.

4 aprel. Bakının “Şən və hazırcavablar klubu”nun konsertinə baxdı.

7 aprel. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul etdi. Gürcüstan jurnalistlərinin suallarını cavablandırdı.

8 aprel. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında nitq söylədi.

9 aprel. İçərişəhərdə İtaliya səfirliyinin açılış mərasimində iştirak etdi.

10 aprel. ABŞ ilə Azərbaycan arasında Təhlükəsizliyə dair dialoqun növbəti mərhələsində iştirak edən ABŞ nümayəndə heyətini qəbul etdi.

14 aprel. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində iştirak etdi.

17 aprel. Gürcüstanda işgüzar səfərdə oldu. Bakı-Supsa ixrac boru kəmərinin, Supsa yerüstü terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin rəsmi açılış mərasimində nitq söylədi.

22-29 aprel. NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-da səfərdə oldu.

X X X

Prezident Heydər Əliyev Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli qiymət verilməsinə çalışır, problemi dərinləşdirən qüvvələri, iri dövlətlərin birtərəfli mövqeyini cəsarətlə tənqid edirdi. Onun 1999-cu il aprelin 2-3-də MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada olarkən Rusiyanın Baş naziri Yevgeni Primakov ilə görüşündə söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: “...Rusiya - həm MDB Ölkələri Dövlət Başçıları Şurasının sədri kimi, həm də Minsk qrupunun həmsədri kimi Azərbaycana və Ermənistana daim eyni münasibət göstərməli və hansısa tərəfə heç vaxt xüsusi yardım və ya kömək etməməlidir. Biz Rusiyanın gizli olaraq Ermənistana külli miqdarda müasir hərbi silahlar verməsindən xəbərdarıq və bu, bizi olduqca narahat edir. Azərbaycan Respublikasının Prezidenti kimi, mən dövlətimizin və xalqımızın adından Rusiyanın bu addımını bir daha qətiyyətlə pisləyirik və bunun regionun digər ölkələri üçün də böyük təhlükə yaratdığını nəzərinizə çatdırırıq”.

Ulu Öndər müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda fəal təmsil olunmasına diqqət yetirməklə yanaşı, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılmasında mötəbər kürsülərdən bir vasitə kimi istifadə edirdi. NATO-nun 50 illik yubileyi mərasimlərində iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl aprelin 22-də Binə Hava Limanında jurnalistlərdən birinin “Qarşıdakı səfər NATO-Azərbaycan əlaqələrinin inkişafına və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına necə təsir göstərəcəkdir” sualına cavabı bu baxımdan diqqət çəkir: “Bilirsiniz ki, bizim bütün səfərlərimizdə məqsədimiz birinci, Azərbaycanın reallığını bütün ölkələrə, dünyaya çatdırmaq, Azərbaycanın inkişafı üçün bütün bu imkanlardan istifadə etmək, ən əsası isə Azərbaycanda sülhün, əmin-amanlığın təmin olunması üçün, bölgədə münaqişənin, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin ləğv olunması üçün lazımi addımlar atmaqdır. Məqsədimiz budur. Güman edirəm ki, bu, bizim üçün xeyirli olacaqdır”.

Dahi rəhbərin ABŞ-a səfəri çox məhsuldar oldu. Təkcə səfər proqramına nəzər yetirmək kifayət edər: ABŞ-ın senatorları və görkəmli ictimai-siyasi xadimlərlə birgə ziyafətdə iştirak etmək, Hərbi Dəniz Akademiyasının rektoru vitse-admiral Con Rayanla görüş, kursantlar qarşısında çıxış, “Vaşinqton post” qəzetinin müxbirinə müsahibə, NATO-nun yubiley tədbirlərində iştirak, GUAM ölkələri başçıları, ABŞ Prezidenti Bill Klinton, dövlət katibi Madlen Olbrayt, Fransa, Bolqarıstan, Polşa, Latviya prezidentləri, Norveç və Belçikanın Baş nazirləri ilə görüşlər...

Qeyd edək ki, Heydər Əliyev aprelin 26-da ‎NATO-nun 50 illik yubileyinə həsr olunmuş Zirvə görüşündə çıxışı zamanı Ermənistanın təcavüzkar siyasətinə diqqət çəkərək Azərbaycan torpaqlarının iyirmi faizə qədərinin işğal edildiyini, bir milyondan çox həmvətənimizin öz ərazisində etnik təmizləməyə məruz qaldığını və qaçqın vəziyyətinə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə ‎əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycanın Şimali Atlantika ‎Alyansı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz ‎tərəfindən hər cür kömək göstərəcəyini bəyan etdi.

Dahi rəhbər Azərbaycanın haqq səsini ABŞ senatorları və görkəmli ictimai-siyasi xadimləri ilə görüşdə də çatdırdı, Konqresin qəbul etdiyi 907-ci düzəlişi tarixi ədalətsizlik adlandırdı: “Mən ölkəmizin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən bədnam 907-ci düzəliş barədə söhbət açmaq istəyirəm. Vaxtilə erməni lobbisinin səyləri sayəsində ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan xalqına qarşı tarixi ədalətsizlikdir”.

Qeyd edək ki, həmin görüşdə ABŞ Senatının üzvləri - Senatın Büdcə Komitəsinin sədri Pit Dominiçi, Silahlı Qüvvələrə Yardım Komitəsinin sədri Con Uorner, Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Komitəsinin sədri Riçard Luqar, İdarəetmə Məsələləri Komitəsinin sədri Ared Tompson, həmçinin senatorlar Ted Kokren, Pol Koverdell, ABŞ-ın keçmiş dövlət katibi səfir Lourens İqlberger, görkəmli ictimai xadim Hovard Beyker və səfir Corc Krenvell Montqomeri iştirak edirdilər.

Ulu Öndərin bu cəsarətli çıxışı senatorlarda müsbət reaksiya doğurdu. Onlar Heydər Əliyevin dövlətçilik fəaliyyətinə, açıq və cəsarətli mülahizələrinə, fikir mübadiləsi aparmaq məharətinə məftun olduqlarını dilə gətirdilər, onun barəsində digər yüksək fikirlər səsləndirdilər. İki sitata nəzər salaq.

Hovard Beyker: Siz həmişə olduğu kimi, yenə də bizi valeh etdiniz. Biz Sizin iradənizə, cəsarətinizə heyranıq və qeyd etdiyimiz kimi, dünyanın çox təhlükəli bir regionunda yerləşən dövlətinizə necə rəhbərlik etdiyinizə vurğunuq. Bizim bir çoxumuz Sizin ölkənizdə olmuşuq. Biz Sizin çox yüksək qonaqpərvərliyinizə, açıq və cəsarətli mülahizələrinizə, fikir mübadiləsi aparmaq məharətinizə məftunuq. Dövlətiniz zəngin təbii sərvətlərə malikdir. Sizin böyük xidmətləriniz sayəsində ABŞ ilə Azərbaycan arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır və ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində əməkdaşlığının gündən-günə genişlənməsi bizi sevindirir.

Lourens İqlberger: Dünyada çox az prezident olubdur ki, onlarla görüşlərdən sonra mən belə qənaətə gəlmişəm ki, nə isə öyrəndim. Siz sayca çox az olan belə prezidentlərdən birisiniz.

Ulu Öndər ABŞ-da yəhudi xalqının soyqırımı tarixini əks etdirən “Holokost” xatirə muzeyində çıxışı zamanı Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan danışdı, dünya birliyini belə faciələrin baş verməməsi üçün səyləri gücləndirməyə çağırdı.

Sitat: Biz Azərbaycanda soyqırımın nə olduğunu bilirik. XX əsrdə bizim də xalqımıza qarşı bir neçə dəfə soyqırımı siyasəti həyata keçirilmiş və azərbaycanlılar dəhşətli faciələrə düçar olmuş, məhv olmuşlar. Bunları görərək, xalqımız bu faciələrin şahidi olaraq, biz yəhudilərin dünyada nə qədər faciələrlə rastlaşdığını da bilirik və bunu öz faciəmiz kimi qəbul edirik...

Bu muzey təkcə yəhudilər üçün yox, dünyanın bütün xalqları üçün lazımlıdır. Hər bir insan bu muzeylə tanış olarkən, eksponatları seyr edərkən özü üçün nəticə çıxarmalıdır. Yeganə nəticə ondan ibarətdir ki, bəşəriyyət bundan sonra heç yerdə, heç bir xalqa qarşı soyqırımına yol verməməlidir. Dünya birliyi müharibə alovlarını söndürməli, münaqişələri ləğv etməli, dünyada sülhün, əmin-amanlığın yaranması üçün daha çox səylər göstərməlidir.

Birləşmiş Ştatlara səfər çərçivəsində bir sıra tarixi sənədlər - Azərbaycan Dövlət Neft Şirkəti (indiki SOCAR) ilə “Monkrift oyl”, “Eksson”, “Mobil” şirkətləri arasında müqavilələr imzalandı.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın milli, iqtisadi maraqlarına xidmət etməklə yanaşı, ölkəmizin dünya birliyinə inteqrasiyasını addım-addım təmin edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub