Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin iyulu

Bakı, 8 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 iyul. Prezident Heydər Əliyev Gürcüstan və Ermənistan jurnalistləri ilə görüşdü.

3 iyul. ABŞ-ın İstiqlaliyyət Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.

5 iyul. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti Assad Kataytın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

7 iyul. Xalq yazıçısı Maqsud İbrahimbəyov ilə görüşdü.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən “Günümüzün ən dözümlü adamı” adına layiq görüldü.

9 iyul. Avstriyanın xarici işlər naziri Volfqanq Şüsselin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

10 iyul. Suraxanı rayonunda obyektlərin açılış mərasimində iştirak etdi.

12 iyul. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində nitq söylədi.

13 iyul. İdman-Sərgi Kompleksində açılmış “Quruculuq salnaməsi” sərgisinə baxdı.

14 iyul. ABŞ-ın yəhudi təşkilatlarının nümayəndə heyətləri ilə görüşdü.

Fransanın milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.

15-17 iyul. İsveçrədə işgüzar səfərdə oldu.

18 iyul. Gürcüstanın sənaye nazirini və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidentini qəbul etdi.

22 iyul. Fransa Senatının sədri Kristian Ponsele və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

23 iyul. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.

24 iyul. İspan müğənni Xulio İqlesiasın konsertində oldu.

25 iyul. Xulio İqlesiası qəbul etdi.

27 iyul. Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə görüşdü.

28 iyul. Müğənni Yaqub Zurufçunu qəbul etdi.

X X X

Prezident Heydər Əliyev Cənubi Qafqazda əmin-amanlığın bərpasına xüsusi önəm verir, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün bütün imkanlardan istifadə edirdi. Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Media dəstəyi” layihəsi çərçivəsində Bakıda keçirilən konfransda iştirak edən Gürcüstan və Ermənistan jurnalistləri ilə görüşü bu baxımdan diqqəti cəlb edir. Jurnalistlərlə söhbətində SSRİ-nin süqutundan sonra müstəqilliyini elan etmiş respublikaların qarşılaşdığı çətinliklərə toxunan Azərbaycan Prezidenti dedi: “Əlbəttə, bu dövr hamımız üçün çətin dövrdür - iqtisadi və siyasi çətinliklər var. Lakin tale hökm edir - tab gətirmək və bütün zamanlarda müstəqil dövlət olmaq üçün biz bu çətinliklərdən keçməliyik. Azərbaycanda biz bu mövqelərdə dayanmışıq”.

Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın vacibliyini, Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edən dahi rəhbər vaxtilə müharibə vəziyyətində olmuş ölkələr arasında mövcud münasibətləri misal göstərdi: “Bir yada salın, İkinci Dünya müharibəsinə nə qədər dövlət cəlb olunmuşdu, Rusiya, Sovetlər İttifaqı ilə Almaniya arasında necə müharibə getmişdi. Amma bir baxın, indi necə gözəl münasibətlər var. Bu sözləri öz aralarında on illərlə müharibə aparmış bir çox Avropa ölkələri barəsində də söyləmək olar. Bütün bunlar keçmişdə qalmışdır, indi onlar dostluq edirlər, Avropada hətta Avropa Birliyi yaradılmışdır, hər şey Avropa dövlətlərinin birliyinə, yaxınlaşmasına doğru gedir”.

Ulu Öndər müstəqil Azərbaycanın iqtisadi böhrandan çıxış yolunu neft sənayesinin inkişaf etdirilməsində görürdü və bu strategiya ilbəil öz uğurlu nəticələrini verirdi. 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimi keçirildi. Heydər Əliyev yekun nitqində “Şahdəniz” yatağının əhəmiyyətinə toxunmaqla yanaşı, qarşıda duran vəzifələrdən də danışdı.

Sitat: “Şahdəniz” Azərbaycan alimləri, neftçiləri, geoloqları tərəfindən kəşf olunan yataqlar içərisində ən böyüklərindən biridir. Burada onun sahəsi haqqında slaydlar da göstərildi və hamıya məlum oldu ki, nə qədər sahəni əhatə edir. Amma bu gün bizim üçün daha da əhəmiyyətli odur ki, “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, “Şahdəniz” yatağı dünya əhəmiyyətli yataqdır...

Güman edirəm, verilən məlumatlar, əldə etdiyimiz yeni nailiyyətlər əsasında demək olar ki, Azərbaycan “Şahdəniz” yatağından 25 il müddətində ildə 16-20 milyard kubmetr qaz ixrac edə bilər. Nazirlər Kabinetinə göstəriş verirəm ki, bu məsələnin kompleks şəklində həll olunması üçün müəyyən təkliflər hazırlayıb mənə təqdim etsinlər. Demək, beləliklə, biz indi yeni bir mərhələyə keçirik. Neft kəmərləri ilə yanaşı, Azərbaycandan dünya bazarına qaz ixrac etmək üçün də boru kəməri tikməliyik və bu işə başlamalıyıq”.

Qlobal layihə olan Cənub Qaz Dəhlizi (TANAP və TAP boru kəmərləri) Ulu Öndərin neft-qaz strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiqləyir. İki ildən çoxdur ki, bu boru kəmərləri ilə “Şahdəniz” yatağından hasil olan təbii qaz Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edilir. Dövlətimizin başçısı mayın 3-də “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransdakı çıxışında bildirdi ki, təqribən dörd ildən sonra, bəlkə də daha tez “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil olunacaq.

2022-ci ildə yataqdan ümumilikdə, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 25 milyard kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 36 milyon barel) kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə 27 milyarddan artıq) kubmetrdir.

Ulu Öndər Heydər Əliyevin demokratik dövlət quruculuğu istiqamətində həyata keçirdiyi effektiv tədbirlər xarici ölkələrin yüksəkvəzifəli şəxsləri tərəfindən diqqətlə və maraqla izlənilirdi. 1999-cu il iyulun 22-də Azərbaycan Prezidenti ilə görüşən Fransa Senatının sədri (1998-2008) Kristian Ponselenin fikirlərinə nəzər yetirək: “Biz gənc Azərbaycan dövlətinin bütün fəaliyyətini, burada gedən prosesləri çox böyük diqqətlə izləyirik. Biz sizin gənc dövlətinizdə baş verən, həyata keçirilən iqtisadi prosesi, sosial tərəqqini izləyirik və buna çox həssas münasibət bəsləyirik. Biz bu qədər hünərli və cəsarətli fəaliyyətinizə görə şəxsən Sizə öz dərin minnətdarlığımızı bildiririk. Biz bilirik ki, siz demokratik bir dövlət qurursunuz, sizin dövlətiniz dözümlü bir dövlət olacaqdır, bu ölkədə demokratik prinsiplərə xas olan bütün azadlıqlar bərpa olacaqdır”.

Ulu Öndər gərgin iş qrafikinə baxmayaraq, mədəniyyət xadimləri ilə, tanınmış müğənnilərlə də görüşlərə vaxt ayırırdı. Onun həmin görüşlərdə səsləndirdiyi fikirlər bu sahədəki dərin biliyindən xəbər verirdi. Bu baxımdan İspaniya müğənnisi Xulio İqlesias ilə görüşdə söylədikləri diqqət çəkir: “Siz dünən mənə dediniz ki, 32 ildir oxuyursunuz. 32 ildir böyük zəhmətlər çəkirsiniz. Mən şəxsən, ümumiyyətlə, incəsənət aləminin insanları ilə, musiqi, teatr sənətkarları ilə həmişə çox maraqlanmışam və onların çoxunun həyatı ilə tanışam. Yaxşı bilirəm ki, səhnədə öz sənətini axşam bir-iki-üç saat nümayiş etdirən sənətkar, demək olar ki, bir gecədə on günlük iş görür. İnsanların çoxu teatra, konsertə gəlir, müğənnini dinləyir, zövq alır. Elə bilir ki, asan bir şeydir: gəldi, səhnəyə çıxdı, oxudu və bununla da iş qurtardı. Ancaq şəxsən mən bilirəm, - bir dəfə səhnəyə çıxmaq üçün ən böyük artist, ən böyük müğənni, ən böyük sənətkar nə qədər hazırlaşır, nə qədər gərgin saatlar keçirir və öz sənətini nümayiş etdirir. Ona görə də, mənim fikrimcə, sizin müğənniliyinizin 32 illik tarixini ikiyə, üçə vurmaq lazımdır. Yəni, ola bilər, 64 il olsun, yaxud daha çox olsun”.

Xronologiyadan göründüyü kimi, iyul ayının sonu Ulu Öndərin görkəmli mədəniyyət xadimləri ilə keçirdiyi görüşlərlə zəngindir. İspan müğənni Xulio İqlesiasdan sonra Heydər Əliyev SSRİ Xalq artistləri həmyerlimiz Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskaya, daha sonra tanınmış müğənni Yaqub Zurufçu ilə görüşdü.

Yaqub Zurufçu ilə görüş fərqli formatda - müğənninin xahişi ilə müsahibə formasında keçdi. Bu görüşdə həmin dövr üçün aktual olan məsələlər, eləcə də xaricdə yaşayan soydaşlarımızla bağlı geniş fikir mübadiləsi aparıldı.

Yaqub Zurufçu Ulu Öndərdən müsahibə almaq istəyini belə izah etdi: “Cənab Prezident, çox sağ olun ki, Klivlenddə mənə çox böyük diqqət göstərdiniz. Mən qərara aldım ki, Bakıya gəlib Sizinlə bir daha görüşüm, Sizə öz məhəbbətimi bildirim. Kaliforniya ştatında ən azı 300-400 min azərbaycanlı yaşayır. Onlar hamısı Sizinlə görüşüm barədə çəkdiyim videokassetə çox böyük maraqla tamaşa etdilər. Onlar Sizin söhbətlərinizə qulaq asmağa, Sizinlə görüşlərdən bəhs edən videokassetlərə baxmağa həmişə böyük maraq göstərirlər. Onlar istəyirlər ki, Sizin söhbətlərinizi tez-tez eşitsinlər, görsünlər, Azərbaycandakı vəziyyət haqqında geniş məlumat əldə etsinlər.

Cənab Prezident, mən özümü çox xoşbəxt hiss edirəm ki, Sizinlə bir daha görüşdüm və Sizi belə gözəl əhval-ruhiyyədə gördüm. İcazə versəniz, mən Sizinlə bir müsahibə aparardım”.

Ulu Öndər razılaşdı və söhbət əsnasında bir çox mühüm məsələlərə toxundu, Qarabağ həqiqətlərini və bununla bağlı baxışlarını açıqladı: “Dağlıq Qarabağ vilayəti Azərbaycanda 1923-cü ildə yaranıbdır. O vaxta qədər heç zaman belə bir vilayət olmayıbdır. Azərbaycanın ərazisində ermənilər də, başqa millətlər də yaşayıbdır. Mən hesab edirəm ki, sovet hakimiyyəti tərəfindən Azərbaycana o vaxt birinci qəsd edilibdir. Bu da ondan ibarətdir ki, sovet hökuməti Azərbaycanın içərisində ermənilər üçün muxtariyyət qurumu yaradıbdır. Nə üçün? Ermənilər hər yerdə yaşayırlar. Məsələn, Kaliforniyada da çoxlu ermənilər vardır. Amma Amerika onlara muxtariyyət hüququ verirmi? Vermir. Yaxud əsrin əvvəlində, 1920-ci ilin əvvəllərində Ermənistanda nə qədər azərbaycanlılar yaşayıblar. Onlar da Dağlıq Qarabağda ermənilər yaşayan kimi yığcam, yəni bir ərazidə yaşayıblar.

Yadımdadır, Naxçıvanla Ermənistan arasında rayonlar var. Mən onları yaxşı tanıyıram, qabaqlar oraya çox gedib-gəlmişəm. Məsələn, orada Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı rayonları var idi. Naxçıvanın sərhədindən, Şərur rayonundan Ermənistanın ovaxtkı sərhədinə keçəndən - həmin sərhədi 1920-ci illərdə yaradıblar, əvvəllər belə sərhəd olmayıbdır - ta İrəvana qədər olan bütün rayonlar azərbaycanlı rayonlarıdır...

Yaxud Zəngəzuru götürək. Məsələn, Sisyan, Gorus, Qafan rayonları - indi bunların adları Ermənistanda belə adlandırılır, amma onların hamısı Zəngəzura daxil olan torpaqlardır. Orada da yaşayanların əksəriyyəti azərbaycanlılar idi”.

Söhbət zamanı Ulu Öndərin diqqət çəkdiyi digər məsələ isə dünya azərbaycanlıları arasında milli hissin oyanışının, birliyin təmin edilməsi oldu.

Sitat: “Arzum budur ki, azərbaycanlılar harada olurlarsa-olsunlar, onlarda milli hiss daha da çox oyansın. Sizin də, bizim hamımızın da borcu ondan ibarətdir ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların milli hissiyyatlarını oyadaq. Nəinki təkcə oyadaq ki, onlar yuxudan oyansınlar, həm də onlar güclənsinlər. Bu millilik bizi birliyə gətirir, yaxınlaşdırır. Bu millilik dövlətimizin əsasını yaradıbdır. Buna görə də xahiş edirəm, sən mənim bu sözlərimi televiziya vasitəsilə çatdırasan. Heç olmasa Kaliforniyada yaşayan azərbaycanlılar qoy məni eşitsinlər, mənim bu sözlərimi eşitsinlər. Mən arzu edirəm ki, onlar Azərbaycana gəlsinlər və Azərbaycanı görsünlər”.

Bu fikirlər səslənərkən qarşıda hələ uzun bir yol dururdu. Müstəqil Azərbaycan təzəcə möhkəmlənirdi, Qarabağ işğal altında idi. Bu yolda ilk addım olan Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə baş tutdu. İyirmi bir il sonra - 2022-ci ildə isə bu Qurultay azad Şuşada keçirildi və tariximizə Zəfər qurultayı kimi daxil oldu. Prezident İlham Əliyev həmin qurultayda diasporumuzun fəallaşmasından məmnunluğunu bildirməklə yanaşı, beynəlxalq ictimaiyyətin Azərbaycan reallıqları barədə daha çox məlumatlandırılmasının vacibliyini vurğuladı: “Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.

Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO