XALQIN MÜBARİZ RUHUNU QIRMAQ OLMAZ
Mərasimə toplaşanlar görkəmli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, habelə Vətəninin ərazi bütövlüyü və müstəqilliyi uğrunda öz həyatını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla andılar.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları “Xalqın mübariz ruhu sarsılmazdır” adlı səhnələşdirilmiş kompozisiya ilə çıxış etdilər.
Azərbaycan dövləti tarixinin taleyüklü məqamları, parlaq şəxsiyyətlər - əfsanəvi xalq qəhrəmanları xronoloji ardıcıllıqla tamaşaçıların gözü qarşısında canlandılar. Sadə dekorasiyalar, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Firudin Məhərrəmovun dəqiq səhnə quruluşu, habelə aktyorların peşəkar ifası övladları vətən tarixinə şanlı səhifələr yazmış xalqın yenilməz ruhunu tamaşaçılara çatdırmağa kömək etdi. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]