Xarici diplomları tanınan şəxslərin məlumatları “myGov” portalına əlavə edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində tanınan xarici diplomlar barədə məlumatlar “myGov” portalı vasitəsilə təklif olunan xidmətlərin siyahısına əlavə edilib.
Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, xüsusi veb-servis əsasında agentliyin elektron reyestri üzrə məlumatların “myGov” portalına ötürülməsi təmin edilib. Beləliklə, xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınan müvafiq diplom sahibləri haqqında məlumatların artıq portal vasitəsilə əldə olunması mümkün hesab edilir. Əlaqəli şəxslər portalda “Məlumatlarım” hissəsindən “Xarici diplomlarım” bölməsinə keçid edərək, xarici dövlətdə aldıqları ali təhsil ixtisasları haqqında zəruri məlumatları yükləyə bilərlər.
Qeyd edək ki, indiyədək xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınan müvafiq diplom sahibləri barədə məlumatların əldə olunması yalnız agentliyin “Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” vasitəsi ilə mümkün idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]