Xarici vətəndaşların Qazaxıstan ərazisində müvəqqəti qalma müddəti başa çatır
Nur-Sultan, 25 may, AZƏRTAC
Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatı qaydalarında dəyişiklik olunub. COVID-19 pandemiyası ilə əlaqədar xarici vətəndaşların Qazaxıstanda müvəqqəti qalma müddətinin bitməsi barədə xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatına görə, xarici vətəndaşların Qazaxıstan ərazisində müvəqqəti qeydiyyatsız qalma müddəti bu il iyunun 5-də başa çatır.
Məlumatda bildirilir ki, artıq Qazaxıstan dövlət sərhədindən keçən quru və aviasiya nəzarət-keçid məntəqələri ştat rejimində fəaliyyət göstərir.
DTK sərhəd xidməti xarici vətəndaşların ölkələrinə maneəsiz qayıtması üçün tədbirlər görür, karantin məhdudiyyətləri dövründə şəxslərin ölkədən getməsi prosedurunun izahı təşkil edilib.
Xatırladaq ki, 2021-ci il yanvarın 18-də koronavirusun yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın qərarı ilə vizaları, səyahət sənədləri və qeydiyyat müddəti bitmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstanda qalma müddəti cari il iyunun 5-dək uzadılmışdı.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]