Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
Bakı, 17 iyul, AZƏRTAC
Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, Mehmandarov küçəsində diametri 100 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək prospekti 5-ci Rezervua küçəsində yeni çəkilmiş diametri 159 millimetrlik qaz xətlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 millimetrlik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar iyulun 18-də saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun Gəncə və Babək prospektləri, eləcə də S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]