XEYRİYYƏ TƏDBİRİNDƏ AZƏRBAYCAN SƏFİRLİYİ BİRİNCİ YERİ TUTMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki “Le Meridien Taşkent” mehmanxanasında Özbəkistanda işləyən diplomatların xanımlarının təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilmişdir. 22 səfirliyin iştirak etdiyi tədbirdə müxtəlif xalqların nümayəndələri öz milli yeməklərini və şirniyyatlarını nümayiş etdirmiş, satışdan əldə edilən gəlir Daşkəndin uşaq evlərinin hesabına köçürülmüşdür.
Azərbaycan üçün ayrılmış guşəyə maraq daha çox olmuş, milli xörəklər və şirniyyatlarımızın satışından daha çox vəsait toplanmış və səfirliyimiz birinci yeri tutmuşdur.
Tədbirdə mehmanxananın müdiriyyəti adından Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanova Fəxri fərman verilmişdir.