Xəzər Universiteti tədqiqatçılarının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
Bakı, 24 avqust, AZƏRTAC
Xəzər Universiteti Həyat elmləri departamentinin doktorantura tələbələri Ruhallah Muradpur və Mahşid Damandanın həmmüəllifi olduqları “Ərdəbil əyalətində yeni doğulmuş uşaqlar arasında alfa-talassemiyanın yayılması və molekulyar xarakteristikası” adlı məqaləsi “Elektron həkim” beynəlxalq elmi jurnalında dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, araşdırmada Ərdəbil əyalətindəki uşaq bölməsinə 2016-cı ilin aprelindən 2018-ci ilin martınadək yeni doğulmuş min körpənin alfa-talassemiya müayinəsi üçün müraciət edilib. Müayinədə olan yeni doğulmuşlarda α-talassemiyanın yayılması Ərdəbil vilayətində 3,3 faiz təşkil edib. Nəticələr Ərdəbil əyalətində α-talassemiyanın yayılmasının ölkə üzrə orta nisbətdən daha aşağı olduğu və ən çox yayılmış mutasiyanın İranın digər yerləri ilə müqayisədə göstərilib.
Məqaləni http://ephysician.ir/index.php/browse-issues/12/2/1170-7703 linki vasitəsilə oxumaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]