Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparılıb
Bakı, 9 avqust, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
İdarə rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, axardan götürülmüş su nümunəsi üzərində aparılan laborator təhlillərin nəticəsinə görə, ərazidə formalaşan çirkab suların məişət-fekal tərkibli olduğu müəyyən olunub: “Monitorinq zamanı ərazidəki drenaj kollektora müxtəlif yerlərdən qoşulmaların olduğu və formalaşan çirkab suların təmizlənmədən dənizə axıdıldığı aşkarlanıb”.
N.Mahmudov qeyd edib ki, tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınaraq “Azsu Ekoloji Qurğu” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan çirkab sutəmizləyici qurğuya yönəldilib. Ərazinin nəzarətdə saxlanılması üçün aidiyyəti qurumlara müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]