Xəzəryanı dövlətlərin nümayəndələri İranda görüşəcəklər
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edəcəklər. İki gün davam edəcək görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər məsələlər müzakirə olunacaq. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı dövlətlərin İranda fəaliyyət göstərən diplomatları, eləcə də iş adamları və biznes strukturlarının nümayəndələri də iştirak edəcəklər.
Azərbaycanı tədbirdə Xəzər dənizi sahilində yerləşən rayonların rəhbərləri təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:40]
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 03.11.2026 [18:13]
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
- 03.11.2026 [18:09]
® Kino biletləri də “ABB mobile” tətbiqində
- 03.11.2026 [17:46]
® “Expressbank” Bərdədə 300 ağac əkib
- 03.11.2026 [17:42]
Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
- 03.11.2026 [17:39]