Xızıda karantin qaydalarını pozan kafe sahibi və müştərilər saxlanılıb VİDEO
Xızı, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb, kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 müştəri saxlanılaraq Xızı Rayon Polis Şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.