Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş vəhşilikdir

Ağsu, 26 fevral, AZƏRTAC

Təpədən dırnağadək silahlanan erməni daşnaklarının Xocalıda törətdikləri qətliam insanlığa sığmayan bir vəhşilikdir. İyirmi altı il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı büsbütün yandırıldı, 613 nəfər qətlə yetirildi. Uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla öldürüldü. Girov götürülən 26 uşağın, 68 qadının taleyi bu günədək məlum deyil...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 26-da Ağsu Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçirilən “dəyirmi masa”da məlumat verilib. İştirakçılar öncə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, Xocalı qətliamından bəhs edən sənədli filmə baxıblar.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Nuran-Xatun məscidinin imamı Nurəddin İslamov, Xocalı sakini Əmrah Məmmədov və başqaları törədilən soyqırımıdan, bu qırğının dəhşətli nəticələrindən danışıblar.

Çıxışçılar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verildiyini bildirərək, soyqırımı haqqında həqiqətlərin dünya ölkələrinə, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğulayıblar.

X X X

Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmirdə müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. İcra hakimiyyətinin başçısı erməni qəsbkarları tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığını, Xocalı qətliamının bu soyqırımlarının ən dəhşətlilərindən olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bir gecədə aralarında uşaqların, qadınların, qocaların olduğu 613 nəfər sakin xüsusi qəddarlıqla öldürülüb.

Ceyhun Cəfərov ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verildiyini bildirərək vurğulayıb ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra dünya ölkələri, beynəlxalq təşkilatlar bu soyqırımını tanıyıblar.

Tədbir çərçivəsində iştirakçılar məktəblilərin ifasında “Xocalı səsləyir bizi” adlı ədəbi-bədii kompozisiyaya, əl işlərindən ibarət “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisinə baxıblar.

Anım mərasiminin sonunda Xocalı sakini Elmar Şahverdiyev acı xatirələrini bölüşüb, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan danışıb.

X X X

Xalqımızın tarixinə qanla yazılan Xocalı soyqırımının 26-cı ildönümü Şamaxıda ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhərdəki Soyqırımı abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər. Sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilən tədbirdə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxış olub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək faciəli günün tarixinə nəzər salıb, insanlıq sifətini itirən ermənilər tərəfindən törədilən bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönələn qanlı cinayət olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə əsl hüquqi-siyasi qiymət verilib. Daha sonra Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi qeyd olunması haqqında qərar qəbul edib və törədilən cinayət barədə BMT-yə, eləcə də bütün beynəlxalq təşkilatlara məlumat verilib.

Sonra tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin və şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbi şagirdlərinin hazırladıqları “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Anım mərasiminin sonunda “Xocalı qətliamı” adlı sənədli filmə baxış olub.

X X X

Xocalı soyqırımının 26-cı ildönümü Qobustan rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək vətən yolunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin akt zalında təşkil olunan anım mərasimində iştirakçılar məktəblilərin ifasında “Xocalı soyqırımı - qan yaddaşımızın fəryadı” adlı ədəbi-bədii kompozisiyaya baxıblar.

İcra hakimiyyətinin başçısı Adil Məmmədov, eləcə də digər çıxış edənlər Xocalı qətliamının dəhşətlərini bir daha diqqətə çatdırıblar. Bildirilib ki, Xocalı şəhərinin 5379 nəfər əhalisi bir gecədə deportasiyaya məruz qalıb, 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb. Vurğulanıb ki, Xocalı soyqırımı öz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş vəhşilikdir.

X X X

İsmayıllıda Xocalı faciəsinin ildönümü ilə əlaqədar fevralın 26-da “Ana harayı” abidəsi ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 10-da şəhərin mərkəzi meydanında toplaşan 6 mindən çox sakin əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq soyqırımı abidəsinədək yürüş ediblər. Abidənin qarşısında dövlət qulluğu veteranı Valeh Salehov erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdiyi cinayətlərdən danışıb. O, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl iş aparıldığını diqqətə çatdırıb.

Sonra “Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılan lövhələrin önünə gül dəstələri qoyulub.

Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək