“Xocalı yol gözləyir” rekviyem-kompozisiya nümayiş etdirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, 1918-ci il martın 31-də erməni silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər.
Natiq ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladığını və bu faciəni rəsmi olaraq soyqırımı adlandırdığını bildirmişdir.
Tədbir çərçivəsində polkovnik, şair-publisist Abdulla Qurbaninin “Xocalı yol gözləyir” poeması əsasında Şəhriyar Cəfərovun quruluş verdiyi rekviyem-kompozisiyanın videoyazısı nümayiş etdirilmişdir.
Rekviyem-kompozisiyanın xormeysteri Şəhla Ələkbərova, musiqi tərtibatçısı Azad Zahiddir.
Kütləvi səhnələri Azərbaycan Televiziyasının C.Cahangirov adına xoru və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının xoreoqrafiya qrupu ifa etmişdir.
Rekviyem-kompozisiyada rolları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının və Bakı Bələdiyyə Teatrının aktyorları oynamışlar. Bədii qiraət hissəsini Xalq Artisti İlham Əsgərov, vokal hissəsini Ramil Qasımov, İlahə Əfəndiyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva və başqaları ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]