Xocalıda ağacəkmə aksiyası keçirilib VİDEO
Xocalı, 13 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunan “Mənəvi dəyərlər həftəsi” çərçivəsində Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Universitetinin, İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən aksiyada 200 ədəd badam tingi əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.