XOR KOLLEKTİVLƏRİNİN IV RESPUBLİKA MÜSABİQƏSİNİN YEKUN KONSERTİ
Tədbirin əvvəlində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqənin yekun konsertində çıxış etmək hüququ qazanmış bütün uşaqları təbrik etmişdir. Ə.Qarayev demişdir ki, bu müsabiqə respublikanın mədəni həyatında özünəməxsus yer tutmuşdur. Dördüncü dəfə keçirilən müsabiqədə bu il artıq 12 minədək şagird iştirak etmişdir. Respublikanın şəhər və rayonlarında müsabiqədə iştirak edən uşaqların sayı ildən–ilə artır. Bütün bunlara görə müəllimlərə təşəkkürümü bildirirəm. Bu nailiyyət məhz sizin fədakar əməyinizin sayəsində əldə olunmuş, uşaqlar arasında xor sənətinə sevgi oyanmış, onun inkişafına şərait yaranmışdır. Bu il müsabiqədə, demək olar ki, bütün rayonlar əhatə olunmuşdur. İnanıram ki, bu da son nəticə deyildir. Bütün qalibləri ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə sizə böyük uğurlar diləyirəm.
Azərbaycan Dövlət xor kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanovanın sədrliyi ilə münsiflər heyətinin müəyyən etdiyi müsabiqə qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin bir I mükafatı (500 manat), üç II mükafatı (400 manat), dörd III mükafatı (200 manat), beş həvəsləndirici mükafatı (100 manat), I, II, III dərəcəli diplomları və Fəxri fərmanları təqdim olunmuşdur.
Yekun konsertində Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər, Abşeron, Ağcabədi, Ağdam, Xanlar, Qubadlı rayon, Naxçıvan MR Babək rayon Cəhri kənd, Şuşa rayon Qaladərəsi kənd uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]