Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiya şimaldan cənuba: Krka və Şibenik

Bakı, 29 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Xorvatiyaya səyahət barədə reportajın davamı olaraq, biz Krka Milli Parkından - Dalmasiyanın əsl incisindən danışmaq istəyirik. Meşəli təpələrin arasından axaraq Krka çayına tökülən 7 gözəl şəlalə bu məkanın ən əsas görməli yerləri sayılır. Bu təbiət fenomenindən zövq almaq üçün hər il Milli Parkı 1,3 milyon nəfər ziyarət edir.

Park Şibenik, Knin və Skradin kimi tarixi şəhərlərin yaxınlığında yerləşir ki, bunların da hər biri turistlərin ayrıca diqqətini çəkməyə layiqdir.

Şəlalələr diyarında və ya tuf fenomeni

İlk baxışdan göründüyü kimi, “Krka” sözünü yazarkən biz sait hərfi buraxmamışıq. Xorvat dilində xeyli söz var ki, bunlarda sait hərflər yoxdur. Məsələn: “prst” (barmaq), “trg” (meydan) və s. Bununla belə, “Krka” adı “Kırka” kimi səslənir. 

Ümumi sahəsi 109 kvadrat kilometr olan Milli Park Krka çayını və onun sol qolu olan Çikola çayının aşağı axınının vadilərində ən gözəl yerləri əhatə edir. Parka getməyin ən rahat yolu yaxınlıqdakı Skradin şəhərciyindən müntəzəm üzən teploxodla səyahət etməkdir. Skradindən əvvəl getdiyimiz Zadardan parkadək təxminən 1 saatdan artıq vaxt (76 kilometr) tələb olunur. Milli Parkın Skradində yerləşən turizm ofisində parka giriş biletləri satılır: soyuq mövsümdə (noyabr, dekabr aylarında) biletin qiyməti 30 kuna (təxminən 4,6 dollar), yay aylarında isə 200 kuna (təxminən 30 dollar) təşkil edir. Teploxodun gediş haqqı da biletin qiymətinə daxildir.

Teploxod yaşıl təpələr arasından dolaşıq axan çay boyunca 20 dəqiqə üzərək, körpüyə yan alır. Buradan parkadək bir az piyada getmək lazımdır. Burada sizi şəlalələrdən birincisi - Skradin şəhərinin şərəfinə adlandırılmış Skradinski buk gözləyir. Bu, 7 şəlalə arasında ən böyüyü və hündürüdür (46 metr). Onun görünüşü insanı məftun edir. Bu, hətta bir deyil, biri digərinə tökülən iki enli şəlalədir. Güclü su axını şəlalənin üzərində buxar əmələ gətirir, hər tərəfə su damcıları sıçrayır, suyun səsindən isə qulaq tutulur. Şəlalə yaşıllıqlarla əhatə olunduğundan suya zümrüd çalarları verir. Bununla belə, Krka çayı büllur kimi təmizdir. Onun sularında üzən balıqları (azı 18 növ) əlbəttə ki, ovlamaq qadağandır. Krka çayı ətrafında flora və fauna son dərəcə müxtəlifdir. Burada 1022 növ bitki, 221 növ quş, 46 növ məməli heyvan var. Bunlardan bir çoxu endemik, nadir və ya yox olma təhlükəsində olanlardır.

Krka qoruğunun əsas fenomeni tuf daşıdır. Tuf daşına bu regionda su axını səthində tez-tez rast gəlmək olur. Tuf - suyun çöküntüsü olan məsaməli süxurdur, onu əmələ gətirən yosunlarda, mamırlarda və s. toplanır və bu yolla müxtəlif geomorfoloji formalar yaradır.

Yeri gəlmişkən, Skradinski buk parkda yay aylarında çimmək mümkün olan yeganə şəlalədir. Lakin sentyabrdan may ayınadək çayda çimmək qadağan edilir, çünki bu dövrdə axın güclənir.

Körpü vasitəsilə çayı keçən qonaqlar taxta meydançaya ayaq basırlar. Bu meydança onları təhlükəsiz olaraq Milli Parkın maraqlı yerlərinə aparır. Qonaqlar yolda təkcə şəlalələr və müşahidə meydançalarını deyil, bir sıra mədəni-tarixi məkanları, o cümlədən monastırları, kiçik etnoqrafiya muzeylərinə uyğunlaşdırılmış köhnə dəyirmanları, camaşırxanaları və s. görə biləcəklər.

Suyun enerjisi və 950 yaşlı yubilyar

Şübhəsiz, insanlar hələ ta qədimdən suyun gücündən təsərrüfat ehtiyacları üçün istifadə ediblər. Keçmişdə unun üyüdülməsindən ötrü çay üzərində onlarca su dəyirmanı fəaliyyət göstərib. Hazırda onlardan yaxşı vəziyyətdə qalan bir neçəsində ağır dəyirman daşının köməyi ilə keçmişdə buğdanın necə üyüdülməsini görmək mümkündür. Burada, həmçinin qədim camaşırxana var. Qadınlar burada paltar yuyub, təmiz çay suyunun axınında yaxalayardılar. Ənənəvi dəmirçixanada isə milli geyimli usta arzu edənlərə kürəyə havanı püskürməkdən ötrü qədim körükdən, ağır çəkicdən və dəmirçi zindanından istifadə edərək metalın döyülmə prosesini göstərir. 

Əlbəttə, çayın gücü buraya sənayeçiləri cəlb etməyə bilməzdi. Krkanın bəzi hissələrində XX əsrin ərəfəsində 4 hidroelektrik stansiyası tikilib ki, bunlar da sənaye memarlığının son dərəcə qiymətli abidələridir. Onlardan üçü bu günədək fəaliyyət göstərir. Hidroelektrik stansiyaların dördüncüsü - Skradinski bukda yerləşən ən qədimi hazırda bərpa olunur. Bu hidroelektrik stansiyanın unikallığı ondadır ki, o, 1895-ci ildə - Niaqara şəlaləsində Nikola Teslanın hidrostansiyası fəaliyyətə başladıqdan cəmi iki gün sonra işə salınıb. Eyni zamanda, 11 kilometr uzunluğunda elektrikötürmə xətləri tikilərək, Xorvatiyada ilk tam elektrik təchizatı - şəhər işıqlandırma şəbəkəsi çəkilib. Bunun sayəsində Krka yaxınlığındakı Şibenik şəhərində elektrik işığından Vyana, Roma, London və digər Avropa paytaxtlarından daha erkən istifadə olunmağa başlanılıb.

Krka Milli Parkını ziyarətdən sonra biz haqqında çox eşitdiyimiz Şibeniklə daha yaxından tanış olmaq qərarına gəldik. Şəhərlər Skradindən təxminən 20 kilometr aralıda, Krka çayının Adriatik dənizinə axdığı ərazidə yerləşir.

İlkin mənbələrdə adı 1066-cı ildə çəkilən şəhərin 2016-cı ildə 950 illiyi qeyd edilib. Orta əsrlərdə şəhər əhalisi duz, şərab, Krka çayı üzərindəki su dəyirmanlarından gələn gəlir və gəmi səfərlərinin hesabına varlanırdı. 1412-ci ildən başlayaraq, təxminən 400 il ərzində Şibenik Venesiya Respublikasının tərkibinə daxil idi. Şəhərin görməli yerlərinin əksəriyyəti, o cümlədən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Müqəddəs İakov baş kilsəsi bu dövrdə tikilib. Dalmatiyalı Yuray və Nikola Fiorentinatsın memarı olduğu məbəd 100 il ərzində heç bir bağlayıcı material olmadan bütöv daş bloklardan tikilib. Lakin bu tikilinin maraqlı xüsusiyyəti ondadır ki, o, apsidada (binanın aşağı çıxıntısı) 74 heykəllə əhatə edilib. Hesab olunur ki, bu heykəllər real insanları - Dalmatiyalı Yurayın müasirlərini əks etdirir.

Bu gün baş kilsə və ona bitişik meydan toyların keçirilməsi üçün populyar yerdir. Biz belə bir toyun şahidi olduq. Musiqiçilər kilsənin girişində dayanaraq, gitara, qarmon və kontrabasda çalaraq, birlikdə mahnı oxuyurdular. Həmin səhnə meydanda da eynilə idi. Qonaqlar da onları müşayiət edirdilər.

Kiçik Şibenikdə cəmi 24 kilsə var. Bu, onunla izah olunur ki, keçmişdə tacirlər özlərinin varlanmaqlarını məbəd tikməklə nümayiş etdirirdilər.

Kornatı arxipelaqı və süngərlər adası

Şibenikin Köhnə şəhəri maraqlı memarlıq işləri - portal sütunları, tağlı keçidləri, alaqapıları və s. ilə diqqəti özünə çəkir. Bələdçi bizə evlərin birində maraqlı detal göstərdi: küçə tərəfdən divarın aşağısında qədimdən qalmış daş yem təknəsinin üzərində italyan dilində “itlərə sevgi” sözləri yazılıb. Bu, şəhərlilərin heyvanlara həssas münasibətini sübut edir.

Köhnə şəhərin maraqlı görməli yerlərindən biri də 1451-ci ildə tikilən “Dörd quyu” meydanıdır. Venesiyalıların hakimiyyəti dövründə şəhərdə su qıtlığı olduğundan hökumət şəhər hersoquna su anbarının tikintisinə başlamağı tapşırıb. Beləliklə, Şibenik əhalini təxminən 450 il su ilə təchiz edən “Dörd quyu” su anbarına yiyələnib.

Köhnə şəhərin digər məşhur tikilisi qotik və intibah üslubunu xarakterizə edən Yepiskop Sarayıdır (1439-1441). Sarayda kapitellə stilləşdirilən tağ sıraları ilə bəzənmiş iç həyət nəzərdə tutulub.

Şibenik öz adaları ilə də məşhurdur. Şəhər azı 220 ada ilə əhatə olunub. Ən məşhur arxipelaq məskunlaşma olmayan 89 adadan ibarət Kornatı Dəniz Milli Parkıdır. Amma keçmiş zamanlarda bu adalarda insanlar yaşayırmış. Kornatının ən böyük adasında Bizans dövrünün (VI əsr) Tureta qalası, bəzi adalarında isə illiriyalı məskunların izləri qalmaqdadır.

Şibenikdən parkın bəzi adalarına su taksisində getmək olar. Kornatı Milli Parkı ekskursiya üçün populyar yerlərdən biridir. Bu yerlə yaxtada su idmanı ilə məşğul olanları, dalğıcları və sadəcə təbiətsevərlərı xüsusi cəlb edir. Adalarda şam və zeytun ağacları bitir, dələ, müxtəlif quşlar, sürünənlər və digər heyvanlar yaşayır.

Şibenik ətrafında olan daha bir ada - Krapan adası da diqqətəlayiqdir. Bu, Adriatik dənizində ən alçaqda yerləşən və əhalisi az olan adadır. Lakin Krapan təkcə bununla turistlərin diqqətini cəlb etmir. Burada əsrlərboyu dəniz süngərləri tutulur. Bu adanı elə belə də adlandırırlar - süngərlər adası. Adanın ətrafı suyun altındakı qayalı sahələrdə geniş yayılan dəniz süngəri və qırmızı mərcanla zəngindir. Burada dəniz süngərlərinin tutulub-satılması ilə ixtisaslaşan “Žitak” kimi şirkətlər çoxdur. Krapanın ətrafında süngərlər 40 santimetr diametrədək böyüyür, müvafiq emaldan sonra kosmetologiyada, üz və bədən dərisinə qulluq etmək üçün, rəssam emalatxanalarında, keramika, farfor hazırlanmasında, tibbdə və digər sahələrdə istifadə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bu saata olan əsas xəbərlər

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib - YENİLƏNİB

“Turkic Music Awards” mükafatı təsis ediləcək

Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür

Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb

Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi qiymətləndirilib

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub