Xuliqanlıq edən və üzərində narkotik vasitə gəzdirən İmişli rayon sakini yaxalanıb
Bakı, 16 iyun, AZƏRTAC
Xuliqanlıq edən və üzərində narkotik vasitə gəzdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xuliqanlıq etdiyinə və üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulmuş İmişli rayon sakini B.Əhmədovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun paytaxtın Nəsimi rayonunda yaşayan tanışının mənzilində gizlətdiyi ona məxsus “Sigsauer P-226” markalı nömrəsi silinmiş tapança və bir patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.