Xüsusi rejimli karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq
Bakı, 22 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi rejimli karantin dövründə vətəndaşlara mülkiyyətin dövlət qeydiyyatı ilə bağlı hazır sənədləri ünvanlarında təqdim olunacaq. Çatdırılma xidməti ödənişsizdir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı, vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.
Vətəndaşlar müvafiq rüsum və sənədlərin hazırlanması üçün xidmət haqqını Hökumət Ödəniş Portalı (“https://gpp.az”) və ya ödəmə terminalları vasitəsilə həyata keçirə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]