XX QIŞ OLİMPYİA OYUNLARINDA ƏN ÇOX MEDALA ALMANİYAİDMANÇILARI LAYİQ GÖRÜLMÜŞLƏR
Medalların sayına görə isə, 11 qızıl, 12 gümüş və 6 bürünc medalla Almaniya komandası birinci yer tutmuşdur. Hesabında 25 medal (9 qızıl, 9 gümüş və 7 bürünc) olan ABŞ ikinci, 23 medala (9 qızıl, 7 gümüş və 7 bürünc) sahib olmuş Avstriya idmançıları isə üçüncü yerə çıxmışlar.
Ümumilikdə isə, 26 ölkənin idmançıları medallara layiq görülmüşlər.
Xatırladaq ki, ölkəmiz Olimpiadada yalnız fiqurlu konkisürmə üzrə rəqs cütlüklərinin yarışında İqor Lukanin-Kristin Freyzer dueti ilə təmsil olunmuşdur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra idmançılarımızın iştirak etdiyi üçüncü qış Olimpiadasında Azərbaycan cütlüyü 19-cu yer tutmuşdur.
İtaliya hökuməti yarışların təşkilinə 2 milyard 600 milyon dollar sərf etmişdir ki, bunun da 90 milyonu təhlükəsizlik tədbirlərinə xərclənmişdir.
Yarışları 100-dən çox telekanal, o cümlədən ölkəmizin “Lider” televiziya kanalı işıqlandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]