“YADDAN ÇIXMAZ QARABAĞ” ADLI ƏNƏNƏVİ İNCƏSƏNƏT HƏFTƏSİ KEÇİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyi gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi, Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin təbliği məqsədi ilə oktyabrın 2-dən 8-dək “Yaddan çıxmaz Qarabağ” adlı ənənəvi ümumrespublika mədəni-siyasi aksiya - incəsənət həftəsi keçirəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aksiya çərçivəsində ölkəmizin mədəniyyət müəssisələrində “Açıq qapı günü” elan ediləcəkdir. Bu münasibətlə Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərlərində və digər rayonlarda toplantılar, görüşlər, kitab müzakirələri keçiriləcək, sərgilər təşkil olunacaq, dövlət teatrlarında və cəbhə bölgələrində bu mövzuda tamaşalar göstəriləcəkdir.
“Yaddan çıxmaz Qarabağ” incəsənət həftəsinin keçirilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlanmışdır. Həmin günlərdə Milli Parkda asfalt üzərində “Qarabağ uşaqların gözü ilə” rəsm aksiyası, “Yaddan çıxmaz Qarabağ” fotosərgisi, “Qarabağın avazı” adlı konsert proqramı, Horadiz şəhərinin uşaq musiqi məktəblərində ustad dərsləri, “Mənim Qarabağım” mövzusunda respublikanın tanınmış yazıçı və ziyalıları ilə görüşlər keçiriləcək, Azərbaycan Dövlət Mahnı Teatrında “Yaddan çıxmaz Qarabağ” adlı konsert təşkil olunacaqdır.
Bakı teatrlarının səhnəsində V.Adıgözəlovun “Natəvan” operası, H.Mirələmovun “Xəcalət”, E.Abdullayevanın “Ağ qayıq” əsərlərinin tamaşaları göstəriləcək, “Nizami”, “Araz”, “Vətən”, “Dostluq” kinoteatrlarında “Arxada qalmış gələcək”, “Ağ atlı oğlan”, “Girov”
bədii, “Haray”, “9 dəqiqə” sənədli filmləri təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [17:01]