Yağan yağışlar Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsini artırmışdır
Bakı, 17 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 17-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 40-70, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 10 faizini təşkil etmişdir. Yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 7-31 santimetr aralığında artım müşahidə olunmuşdur.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı, su sərfinin saniyədə 382 kubmetr təşkil etdiyi qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 28 santimetr artım müşahidə edilmişdir. Bu məntəqədə su sərfi saniyədə 152 kubmetr olmuşdur.
Kür çayının aşağı axınındakı əksər məntəqələrdə və Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin artdığı müəyyən edilmişdir.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 380, Şirvanda 242, Salyanda 187, Bankədə 217, Araz çayının Novruzlu məntəqəsində isə 88 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]