Yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın çaylarında sululuq artmışdır
Bakı, 5 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, avqustun 4-ü axşamdan 5-i səhərədək yağan yağışlarla əlaqədar Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 1-2, Quba-Xaçmaz bölgəsi çaylarında 6-7 santimetr artmışdır. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-110, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-160, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir.
Avqustun 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınmışdır. Çayın aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 11 santimetr azaldığı müəyyən edilmişdir.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 357, Şirvanda 218, Salyanda 175, Bankədə 221, Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]