Yalnızlıq xərçəng xəstələrinin ölüm riskini artırır – ARAŞDIRMA
Bakı, 15 oktyabr, AZƏRTAC
“BMJ Oncology” jurnalında dərc olunan yeni araşdırmada yalnızlıq və sosial təcrid xərçəng xəstələri arasında ölüm riskinin artması ilə əlaqələndirilir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar 1,6 milyondan çox xəstənin məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, özünü yalnız hiss edən xəstələrdə ölüm riski 34 faiz artıb, sosial təcrid yaşayan xəstələrdə isə bu risk 11 faiz yüksəlib.
Mütəxəssislər bildirirlər ki, yalnızlıq stresi artırır, immuniteti zəiflədir və iltihabi prosesləri gücləndirir, bu da xəstəliyin güclənməsinə təsir göstərə bilər. Onlar hesab edirlər ki, gələcəkdə xərçəngin müalicəsində psixoloji və sosial dəstək proqramları vacib rol oynamalıdır. Yalnızlıq təkcə emosional problem deyil, həm də həyatla ölüm arasında fərq yaradan amil ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [23:31]
Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb
- 03.11.2026 [23:10]
Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib
- 03.11.2026 [20:52]
Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb
- 03.11.2026 [20:46]
ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO
- 03.11.2026 [18:10]
Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?
- 03.11.2026 [18:10]
SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
- 03.11.2026 [17:46]