YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Xətai rayonunun Corat küçəsində Məskurə Məmmədovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə ümumi sahəsi 100 kvadratmetr olan ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür.
Əli Bayramlı da isə Qızbəs İbadovaya məxsus ikiotaqlı ev yanmışdır.
Hadisələrin səbəbləri araşdırılır.