YAP Sabunçu rayon təşkilatı partiyanın 20 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı partiyanın 20 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, təşkilatın sədri Mehriban Abasquliyeva bildirmişdir ki, ötən 20 il ərzində şərəfli yol keçmiş partiyanın yubileyinə həsr olunmuş ağacəkmə kampaniyasında müxtəlif ərazi ilk partiya təşkilatlarından təxminən 70 nəfər YAP fəalı iştirak etmişdir. Rayon təşkilatının sədri belə tədbirlərin davamlı olacağını qeyd etmişdir.
Aksiyada iştirak edən YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Musa Quliyev və Aydın Mirzəzadə partiyanın Sabunçu rayon təşkilatının bu təşəbbüsünü yüksək dəyərləndirmişlər.
Qeyd edək ki, aksiya çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən keçən avtomobil yolunun kənarına 100 ədəd sərv şamı əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]