YAP Sabunçu rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı planlı şəkildə törətdikləri genişmiqyaslı soyqırımından danışmışdır. Bildirmişdir ki, soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, bir milyondan çox insan öz yurd-yuvasından didərgin düşmüşdür.
YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev və başqaları azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, bu faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmişlər. Tədbirdə işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]