YAP Səbail rayon təşkilatının fəalları ilə görüş olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “N.Paşayev 4/6” ünvanında partiya fəalları ilə görüşüb.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, görüşdə sədr Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, “91-lər”in nümayəndəsi Novruz Quliyev, “N.Paşayev 4/6” ərazi partiya təşkilatının sədri Xanlar İmaməliyev və partiya üzvləri iştirak ediblər.
Partiyanın rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.
“91-lər”in nümayəndəsi Novruz Quliyev, “N.Paşayev 4/6” ərazi partiya təşkilatının sədri Xanlar İmaməliyev çıxış edərək vurğulayıblar ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir.
Sonra qarşıda duran məsələlər müzakirə edilib, sual və təkliflər dinlənilib.