Yaponiya ixrac məhdudiyyətləri ilə bağlı Cənubi Koreyanın reaksiyasını izləyir
Tokio, 8 iyul, AZƏRTAC
Yaponiyanın Cənubi Koreyaya yüksək texnologiyalı materialların ixracı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdən bir həftə ötür.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda rəsmi Tokio bununla bağlı Seulun reaksiyasını izləyərək, məhdudiyyətlərin genişləndirilməsinin mümkünlüyünü araşdırır.
Xatırladaq ki, iyulun 1-də Yaponiya hökuməti yarımkeçiricilərin istehsalında istifadə edilən üç materialın Cənubi Koreyaya ixracına məhdudiyyətlər qoyub. Məhdudiyyət tədbirləri 3 gün sonra qüvvəyə minib.
Cənubi Koreyanın bununla bağlı etirazlarına isə Yaponiyanın rəsmi nümayəndələri bu addımın milli təhlükəsizliklə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, həmin materiallar hərbi məqsədlər üçün tətbiq edilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]